Suqovuşan qəsəbəsinə
çəkilmiş müasir
izolyasiyalı və mühafizəli kabel
xəttinin təqdimatı olub
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Suqovuşanda olublar
"Azərişıq" ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimatda
iştirak ediblər.
"Azərişıq"
ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin
başçısına və birinci xanıma layihə ilə
bağlı məlumat verdi.
Diqqətə çatdırıldı ki, “Azərişıq” ASC tərəfindən ölkədə ilk dəfə tətbiq edilən, müasir texnologiyalara əsaslanan 35 kilovoltluq izolyasiyalı və mühafizəli kabel elektrik veriliş xətləri ənənəvi hava elektrik xətlərinə nisbətən daha rentabelli və texniki baxımdan şəbəkələrin dayanıqlı işini təmin etmək üçün əlverişli innovativ həldir. Suqovuşan qəsəbəsinin elektrik enerji təchizatında tətbiq edilmiş 35 kilovoltluq kabel xətti məhz belə, müasir şəbəkə quruculuğu üçün əsas elementlərdən biridir. Belə ki, izolyasiya olunmuş 35 kilovoltluq yeni tip xətlərin mühafizə zonası 3-6 metrdir və bu, mövcud xətlərə nisbətən 6-10 dəfəyə qədər azdır. Mövcud naqillərdə texniki itkilər 9-12 faiz olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə itkilər 3,5-4 faiz təşkil edir. Həmçinin şəbəkələrin saxlanma xərcləri 100 faizdən 30 faizə, illik mal-material sərfi 100 faizdən 25 faizə endirilir. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətləri ilə müqayisədə 60 faizədək azdır.
Prezident İlham Əliyev: Bütövlükdə gələcəkdə ölkəmizin bütün yerlərində bu sistemə keçmək lazımdır.
Vüqar Əhmədov: Cənab
Prezident, Siz artıq
tapşırıq vermisiniz. Biz Bakıda da bunun üzərində işləyirik.
Bildirildi
ki, yeni kabel xətlərinin tətbiqi yüksək gərginlik
xətlərinin bilavasitə altında, yaxud
yaxınlığında yerləşən yaşayış
və əkin sahələrinin, həmçinin insanların fəaliyyət
təhlükəsizliyi dəfələrlə artır, təbiət
hadisələrinin elektrik veriliş xətlərinə təsiri
aradan qalxır. İzolyasiya olunmuş yeni tip kabel xətlərinin
istifadəsi ümumilikdə ölkənin enerji
sisteminin dayanıqlılıq,
etibarlılıq və səmərəlilik göstəricilərini
beynəlxalq standartlara
yaxınlaşdırmağa imkan verir. Eyni zamanda, bu növ kabel xətlərinin
istənilən mühitdə, o cümlədən
yeraltı, sualtı və hava ilə
çəkilişinin mümkünlüyü
işğaldan azad edilmiş ərazilərdə qurulan
35/0,4 kilovoltluq innovativ
paylayıcı şəbəkələrin istismarını
asanlaşdırmaqla yanaşı, dayanıqlı fəaliyyətini
də tam təmin edəcəkdir.
Azərbaycan.-2022.- 29 mart.- S.2.