Suqovuşan
qəsəbəsindəki fərdi evdə aparılmış
təmir-bərpa işləri ilə tanışlıq
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Suqovuşanda olublar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində
fərdi evdə aparılmış təmir-bərpa işləri
ilə tanış olublar.
AZƏRTAC
xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan
işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin
başçısına və birinci xanıma görülən
işlərlə bağlı məlumat verdi.
Bildirildi
ki, 44 günlük Vətən müharibəsi zamanı, hərbi
əməliyyatlar nəticəsində Tərtər rayonunun
işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində
16 fərdi ev qismən yararsız vəziyyətə
düşmüşdür. Bu evlərdən biri əsaslı
təmir olunub.
Təmir
olunan evin ümumi yaşayış sahəsi 92 kvadratmetrdir.
Layihəyə əsasən ev 3 otaq, mətbəx və 2
sanitar qovşağından ibarətdir. Tikinti altında olan
sahə isə 148 kvadratmetr təşkil edir. Fasadın əsas
hissəsi dekorativ təbii daşla üzlənib ki, bu da evin və
yerləşdiyi ərazinin ahəngini tamamlayır. Fasadın
qalan hissəsində isə suyadavamlı boya materialından
istifadə olunub. Evin damı metal kirəmitlə
örtülüb, terrasa keramika döşənib, tavanı isə
taxta materialdan hazırlanıb.
Evin
otaqları yüksək səviyyədə və müasir
dizaynla bərpa olunub. Həyətyanı sahə
abadlaşdırılıb, ərazidə ağaclar əkilib.
Fərdi evlərin yerləşdiyi məhəlləyə
işıq və su xətləri çəkilib, yola asfalt
örtüyü döşənib.
Azərbaycan.-2022.- 29 mart.- S.2.