Müdafiə Nazirliyinin
Suqovuşanda “N” saylı hərbi hissəsinin
açılışı olub
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Suqovuşanda olublar
Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva açılışda iştirak ediblər.
Müdafiə
naziri general-polkovnik Zakir Həsənov dövlətimizin
başçısına raport verdi.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə
sıra meydanında düzülmüş döyüş
texnikalarına baxdılar.
Silahlı
Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə
yaradılan şərait bərədə məlumat verildi.
Bildirildi ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir.
Dövlətimizin başçısı və birinci xanım hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldular.
Qeyd edək ki, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.
İşğaldan azad edilən ərazilərdə hərbi hissələrin
açılması, ən müasir texnikalarla təchizatı onu
göstərir ki, Azərbaycan hərbi təhlükəsizliyini
xüsusi diqqətdə saxlayır. Bunun üçün kifayət
qədər imkan, ən əsası siyasi iradə var. Digər
tərəfdən, cəmiyyət də dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir
və birmənalı şəkildə dövlətin
yanında olduğunu nümayiş
etdirir.
Azərbaycan.-2022.- 29 mart.- S.3.