Yunanıstan Respublikasının Prezidenti
Zati-aliləri xanım
Katerina Sakellaropuluya
Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı münasibətilə
Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı
münasibətlərin inkişafı
yolunda birgə səylər göstərəcəyik.
Bu bayram günündə
Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
xalqınıza əmin-amanlıq
və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2022-ci il
Azərbaycan.-2022.-
29 mart.- S.7.