Bakıda Novruz bayramı münasibətilə
velosiped yürüşü
keçirilib
Martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə paytaxtın mərkəzində velosiped yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Novruz bayramı və paytaxtda yeni velosiped zolağının istifadəyə verilməsi münasibətilə təşkil olunan yürüşdə 30 həvəskar velosipedçi iştirak edib.
Turnirin təşkilində əsas məqsəd insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə marağının artırılması, onların aktiv həyata cəlb edilməsi olub.
Veloyürüşün qalibləri dörd nominasiya üzrə qiymətli hədiyyələr, bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.
Qeyd edək ki,
son illərdə həyata keçirilən
genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində
Bakı dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilib. Şəhərdə
digər sahələrlə yanaşı, yol
infrastrukturunun yenilənməsi, burada alternativ hərəkət
vasitələrinin artırılması istiqamətində
dövlət başçısının
tapşırıqlarının icrası ilə bağlı yeni velosiped
yollarının salınması istiqamətində işlər
davam edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi tərəfindən bir
sıra mərkəzi küçələrdə velosiped zolaqlarının salınması
işləri həyata keçirilir. Bu istiqamətdə işlərin
başlanğıcı kimi paytaxtın mərkəzində
- Üzeyir Hacıbəyov, Puşkin, Rəşid Behbudov
küçələrində yeni velosiped yolu salınıb.
Artıq şəhərin mərkəzini əhatə edən
7,5 kilometr uzunluğunda
velosiped yolunun 1,6 kilometri yekunlaşıb.
Azərbaycan.- 2022.- 20 mart.- S. 4.