Gəncədə Çanaqqala şəhidlərinin və “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoyun xatirəsi anılıb

 

Türkiyənin Gəncədəki Baş Konsulluğunda keçirilən anım tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatı Pərvin Kərimzadə, AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov  və ictimaiyyət nüməyəndələri iştirak ediblər.

Əvvəlcə Çanaqqala şəhidlərinin ruhu birdəqiqəlik sükutla yad edilib, Türkiyə Cümhuriyyətinin dövlət rəmzi - “İstiqlal marşı” səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Anım mərasimində çıxış edən Zeki Öztürk Vətən uğrunda canından keçən türk və Azərbaycan şəhidlərini yad edib, istiqlal naminə verilən mübarizələrdən danışıb, qazanılan zəfərlərin əbədi olmasını diləyib. Çanaqqala zəfərindən söz açan konsul bu tarixi hadisədən ilhamlanaraqİstiqlal marşı”nı qələmə alan dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə yada salıb.

Niyazi Bayramov bildirib ki, Çanaqqala döyüşü Osmanlı dövlətinin möhtəşəm qələbəsi kimi tarixə düşübtürk xalqının mübarizlik simvolu kimi əbədiləşib. Şəhər rəhbəri Çanaqqala zəfərinin Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük qürurla qeyd edildiyini vurğulayıb. Bu hadisənin əsl qardaşlıq nümunəsi olduğunu deyən Niyazi Bayramov Vətənin azadlığı uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Tədbirdə iştirak edən qonaqlar Çanaqqala döyüşündən bəhs edərək bildiriblər ki, bu döyüş türk əsgərlərinin göstərdikləri mərdlik və cəsarətin rəmzidir. Qeyd olunub ki, Çanaqqala döyüşü türkün zəfər dastanı olaraq tarixdə əbədi qalacaqdır.

Sonra Gəncə Uşaq Evinin sakinləri Mehmet Akif Ersoyun müəllifi olduğuİstiqlal marşı” şeirini səsləndiriblər.

Tədbirin sonunda Mehmet Akif Ərsoyun həyatından bəhs edən sənədli film, Çanaqqala döyüşüÇanaqqala şəhidlərinə həsr edilən videoçarx nümayiş etdirilib.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 20 mart.- S.7.