DSX-nin “Sərhədçi” Mədəniyyət Mərkəzində
Novruz bayramı münasibətilə tədbir
keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhədçi” Mədəniyyət Mərkəzində xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz bayramı münasibətilə tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirin iştirakçıları əvvəlcə “Sərhədçi” Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramı təqdim edilib.
Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestri, “NUR” vokal-instrumental ansamblının solistləri Azərbaycan və əcnəbi bəstəkarların musiqi əsərlərini, xalq mahnılarını ifa edib, mədəniyyət mərkəzinin rəqs qrupu milli rəqslərimizdən ibarət maraqlı repertuarla çıxış edib.
Bayram tədbirində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək baharın gəlişini, ana təbiətin oyanışını təcəssüm etdirən, xalqımızın minilliklər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən Novruz bayramı münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb, onlara õidmətlərində və şəõsi həyatlarında yeni-yeni uğurlar arzulayıb.
Çıxışda Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında bütövləşmiş yurdumuzun hər guşəsinə şanlı Qələbəmizin əbədi bahar gətirdiyi, xalqımızın bu əziz bayramı Zəfər ovqatı ilə qeyd etdiyi vurğulanıb. Ölkəmizin bütün ərazisində suveren hüquqlarımızın bərpa edildiyi, qalib dövlətə çevrildiyimiz müqəddəs haqq savaşında Müzəffər Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, bu gün Azərbaycan sərhədçilərinin azad edilmiş torpaqlarımızda dövlət sərhədlərimizin keşiyində mətin dayandığı və bundan sonra da milli maraqlarımızın təmin olunması üzrə bütün tapşırıqları ən yüksək səviyyədə yerinə yetirəcəkləri bildirilib.
Tədbirin sonunda
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Sərhədçi” Mədəniyyət
Mərkəzinin yaradıcı kollektivi ilə
görüşüb, onlara
fəaliyyətlərində yeni-yeni
nailiyyətlər arzulayıb.
Azərbaycan.-
2022.- 20 mart.- S. 7.