“Beynəlxalq Humanitar
Yardım üzrə Dövlət Komissiyası haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
“Beynəlxalq Humanitar Yardım üzrə Dövlət
Komissiyası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nı dörd ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. “Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 9 mart tarixli 164 nömrəli Sərəncamı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 5-6, maddə 111; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 97; 2010, ¹ 2, maddə 80) ləğv edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 mart 2022-ci il
Azərbaycan.-2022.- 29 mart.- S.7.