Milli Məclisin
sədri Qazaxıstana işgüzar səfərə
gedib
Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərə gedib.
Parlamentin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfərdə
məqsəd MDB Parlament Assambleyasının (PA) 30 illiyinə
həsr olunmuş tədbirlərdə iştirak etməkdir.
Almatı
Beynəlxalq Aeroportunda nümayəndə heyətini MDB
PA-nın Baş katibi Dmitri Kobitski, Qazaxıstan Parlamentinin
deputatları, ölkəmizin Qazaxıstandakı səfiri
Ağalar Atamoğlanov və digər rəsmi şəxslər
qarşılayıblar.
Səfər
çərçivəsində Milli Məclis sədrinin MDB
PA-nın Şura iclasında çıxışı və
iştirakçı ölkələrin nümayəndə heyətlərinin
rəhbərləri ilə görüşləri də nəzərdə
tutulur.
İşgüzar
səfər martın 29-da başa çatacaq.
Azərbaycan.-2022.- 29 mart.- S.8.