Ərzaq təhlükəsizliyinin
təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları
ilə təchizatının
yaxşılaşdırılmasına həsr olunan
müşavirə keçirilib
29 mart tarixində Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi
ilə keçirilən müşavirədə “Minimum istehlak
səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq
mallarının və onların istehsalında istifadə
olunan malların ölkə ərazisindən
aparılmasının tənzimlənməsinə dair tədbirlər
haqqında” Nazirlər Kabinetinin 18 mart tarixli Qərarından
irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları
ilə daxili bazarın təchizatının
yaxşılaşdırılması və özünütəminat
səviyyəsinin qorunması, yerli istehsalçıların
stimullaşdırılması, əsas ticarət tərəfdaşları
ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət
manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi
və digər məsələlər geniş müzakirə
olunub.
Müşavirədə
İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin,
Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və
Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib
və müvafiq tapşırıqlar verilib.
Azərbaycan.- 2022.- 30 mart.- S.3.