Birləşmiş Ərəb
Əmirlikləri ilə
sosial sahədə gələcək əməkdaşlıq
müzakirə olunub
Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) İcma İnkişafı
Nazirliyi arasında ikitərəfli əməkdaşlığın
qurulması üçün
geniş imkanlar mövcuddur.
Bu fikir
BƏƏ-nin Dubay şəhərində keçirilən
VIII Dünya Hökumətləri
Sammiti çərçivəsində
əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə
BƏƏ-nin icma inkişafı üzrə
naziri xanım Hessa Bint Essa
Buhumaidin görüşündə
vurğulanıb.
Nazirliyin İctimaiyyətlə
əlaqələr və
kommunikasiya şöbəsindən
AZƏRTAC-a verilən məlumata
görə, Azərbaycanla
BƏƏ arasında ikitərəfli
münasibətlərin yüksək
səviyyədə olduğunu
vurğulayan S.Babayev siyasi, iqtisadi və digər sahələrdə, o cümlədən
bərpa olunan enerji istehsalı sahəsində uğurlu əməkdaşlıq təcrübəsinin
mövcud olduğunu diqqətə çatdırıb.
H.B.E.Buhumaidin 2019-cu ilin
iyununda Azərbaycana etdiyi səfəri məmnunluqla qeyd edən nazir ölkəmizdə sosial sahədə aparılan islahatlar, sosial təminat sisteminin innovativ yanaşmalar, müasir və
şəffaf iş mexanizmləri əsasında
təkmilləşdirilməsi işləri barədə
məlumat verib.
Dövlət sosial xidmətlərinin əhaliyə
“bir pəncərə”dən,
operativ, şəffaf və vətəndaş məmnunluğuna uyğun
təqdim edilməsinə
imkan verən DOST layihəsini, həmçinin
nazirliyin e-infrastruktur üzərindən proaktiv
xidmətlərin qurulması
təcrübəsini qeyd
edib.
Əmək, məşğulluq, sosial müdafiə sahələrində
tətbiq olunan innovativ yeniliklərdən,
aktiv əmək bazarı proqramlarının
genişləndirilməsi işlərindən
də bəhs edib.
BƏƏ-nin
icma inkişafı üzrə naziri ölkəsinin Azərbaycanla
dostluq münasibətləri
üzərində ikitərəfli
əlaqələrinin daim
inkişaf etdiyini vurğulayıb. Sosial sahədə də qarşılıqlı fayda
verən uğurlu əməkdaşlıq təcrübəsinin
formalaşdırılmasının məqsədəuyğun ola biləcəyini qeyd edib.
Görüşdə iki nazirlik arasında
əməkdaşlığın qurulması, həmçinin
bu əməkdaşlıq
üçün müqavilə-hüquq
bazasının yaradılması
imkanları müzakirə
olunub.
Azərbaycan.- 2022.- 30 mart.- S.3.