Milli Məclisin
sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikerinin iddialarına cavab verib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının
Almatı şəhərində
keçirilən MDB PA Şurasının
iclasında Ermənistan
parlamentinin spikeri Alen Simonyanın iddialarına cavab verib.
AZƏRTAC xəbər
verir ki, Milli Məclisin sədrindən sonra çıxış edən
A.Simonyan guya Azərbaycanın atəşkəs
rejimini pozması haqqında iddialar irəli sürüb. Azərbaycan parlamentinin
rəhbəri Sahibə
Qafarova isə yenidən söz alaraq bildirib ki, Ermənistan spikerinin iddiaları həqiqətə uyğun
deyil. Azərbaycan Müdafiə Nazirliyi
artıq bəyan edib ki, ölkəmizin
suveren ərazisi olan Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.
Lakin buna baxmayaraq, martın 26-sı səhər
saatlarında qeyri-qanuni
erməni silahlı dəstələrinin üzvləri
Azərbaycan Ordusunun bölmələrinə qarşı
təxribat törətməyə
cəhd göstərib.
Dərhal görülən tədbirlər nəticəsində
qeyri-qanuni erməni silahlı dəstələrinin
üzvləri geri çəkilməyə məcbur
edilib.
Milli Məclisin sədri bir daha qeyd edib
ki, Azərbaycan 2020-ci
il 10 noyabr
tarixli üçtərəfli
Bəyanata sadiqdir. Lakin həmin Bəyanatın
4-cü bəndinə uyğun
olaraq, Ermənistan ordusunun qalıqlarının
və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan
ərazilərindən tam olaraq
çıxarılması indiyə
qədər icra edilməyib. Buna görə də Bəyanatın müddəalarını
pozan Azərbaycan deyil, məhz Ermənistandır.
Sahibə Qafarova,
həmçinin deyib ki, Azərbaycan ərazisində “Dağlıq
Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.
Milli Məclisin sədri diqqətə çatdırıb
ki, Azərbaycan üçtərəfli Bəyanata
uyğun olaraq bütün hərbi əsirləri Ermənistana
təhvil verib. 2020-ci il 10 noyabr tarixli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə
daxil olan erməni hərbi birləşmələrinin üzvləri
Cenevrə Konvensiyasına
uyğun olaraq hərbi əsir kimi tanınmır.
Sahibə Qafarova bir daha
bəyan edib ki, Azərbaycan münasibətlərin normallaşması
ilə bağlı Ermənistana 5 maddədən
ibarət sənəd
göndərib və qarşı tərəfdən
cavab gözləyir.
Azərbaycan.- 2022.- 30 mart.- S.4.