Qafqaz Müsəlmanları İdarəsinin Qazılar
Şurası Ramazan ayı ilə əlaqədar
Fətva verib
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan və orucluq ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərin Allah dərgahında qəbula yetməsi üçün dualar edir.
AZƏRTAC xəbər verir ki, Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Fətva qəbul edib.
Fətvada deyilir: “Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də Uca Rəbbimiz buyurur: “Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..” (Bəqərə, 185). Aləmlərə rəhmət, möminlərə mərhəmət olan “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazanda müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən raz-niyaz edirik!
Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək.
Möhtərəm qardaş və bacılar! Artıq ikinci ildir ki,
Ramazan ayına qalib xalq, Vətən və şəhadət eşqi sayəsində 30 illik
işğala son qoymuş millət kimi qədəm
qoyuruq. Qarabağa zəfər
yürüşünün əzmlə sona çatması Rəhman və Rəhim
Allahın lütfü və tarixi ədalətin bərpası oldu. Biz dindarlar Qarabağ
zəfəri ərəfəsində olduğumuz
Ramazani-şərifin fəzilətlərindən olan ədalətin zülm
üzərində qələbəsi kimi
dəyərləndirərək qazilərimizin qəhrəmanlıqlarını
təqdir edir, amalı Peyğəmbər
(s) və Əhli-Beyt (ə) sevgisi olan şəhidlərimizə
Uca Yaradandan rəhmət
diləyir, bizə bu səadəti
yaşatdığına görə ordu-dövlət-xalq
birliyinə güvənən müzəffər sərkərdə
və Ali Baş Komandan İlham Əliyevə
sonsuz dualar edirik. On bir ayın sultanı olan Ramazani-şərif duaların qəbul olunduğu aylardandır. Mübarək
ayın verdiyi bu fürsətdən istifadə edərək əzəli torpaqlarımıza
Böyük Qayıdışın
təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni
nəfəs verilməsi,
Qarabağda müasir həyat şəraitinin qurulması, vandalizmə məruz qalmış dini məbədlərin, məscidlərin bərpa edilməsi istiqamətində
fövqəladə zəhmətlərinə
görə dövlətimizin
başçısı, Zati-aliləri,
Prezident İlham Əliyevə, eləcə
də ölkəmizin
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı
bildirir, bu mübarək günlərdə
onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik.
Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq
durmasına, Allah yolunda
xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam
olmasına səbəb
olur. Dövlətimiz tərəfindən verilən son qərara əsasən pandemiya sonrası dönəmdə
dini tədbirlərin keçirilməsinə icazə
verildiyi üçün
təşəkkür edir,
müvafiq qurumlara minnətdarlığımızı bildiririk.
Orucluq ibadəti yardımlaşmanı
artıran, daxili dəyanəti gücləndirən
İlahi qüvvəyə
malikdir. Mərhəmət və şəfqət
ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik
etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək
Allah nəzərində bəyənilən
əməllərdəndir. Quran tilavəti, valideynlərin
qayğısına qalmaq,
dünyasını dəyişənlərin
ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən
böyük savabdır.
Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız,
Vətənimiz uğrunda
canlarını fəda
edən qəhrəman
şəhidlərin xatirəsi
yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə
qayğı və diqqət göstərilsin.
Qazılar Şurası din xadimlərimizin
və yerlərdəki
imamlarımızın nəzərinə
çatdırır ki,
Ramazanın vacibatları,
qayda və qadağaları, müstəhəb
əməlləri barədə
dindarlara ətraflı
şəkildə məlumatlar
və şərhlər
verilməlidir.
Hər il olduğu kimi, bu il
də Qafqaz Müsəlmanları İdarəsi
mübarək Ramazan ayının gündəlik
duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib etmişdir. Bu təqvim
İdarəmizin internet saytında
(www.qafqazislam.com) yerləşdirilmişdır.
Biz xalqımıza təqvimin internet versiyasından
istifadəni tövsiyə
edirik. Digər mənbələrdən daxil
olmuş, təfriqə
xarakterli, məzhəb
və vaxt ayrı-seçkiliyinə səbəb
ola biləcək
təqvimlərin din xadimləri
və dindarlar tərəfindən istifadəsi
qeyri-məqbuldur. Bütün kütləvi
informasiya vasitələrindən
məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur.
Oruc ibadətinin mühüm əməllərindən biri
olan fitrə zəkatının vaxtı
Ramazan ayının
son günüdür. Qazılar Şurasının
qənaətinə görə,
adambaşına 10-15 manat
fitrə zəkatının
verilməsi məsləhət
görülür. Fitrə canın
sədəqəsidir və
imkanı olan müsəlmanın ailəsinin
hər bir üzvü üçün
fitrə zəkatı
çıxarması, imkansızlara,
ehtiyacı olan ailələrə verməsi
vacibdir.
İnşallah, Eydül-Fitr
– Ramazan bayramının
Şəvval ayının
1-i - Ayın üfüqi
ərazimizdə görünməsindən
asılı olaraq may ayının 2-nə təsadüf
etməsi gözlənilir.
Orucluq dönəmində
ixlas və sədaqətlərini nümayiş
etdirən Azərbaycan
dindarları Prezident İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətçiliyimizin uğurları
naminə fədakar fəaliyyətini, dövlətimizin
və hökumətimizin
misilsiz səylərini
yüksək dəyərləndirir,
müqəddəs Ramazan
ayında ali dövlət rəhbərlərimizə
və onların ailə üzvlərinə
Uca Allahdan sonsuz xeyir-dualar diləyirlər.
Qadir Allah doğma Azərbaycanımızı qorusun,
bütün bəlalardan
hifz etsin, rifah və tərəqqimizə
rəvac versin! Allah oruc və namazlarımızı
qəbul etsin, bizləri məğfirət və mərhəmətinə
nail olan bəndələrindən qərar versin. Amin!”
Azərbaycan.-
2022.- 30 mart.- S.6.