Ləyaqətli
müharibə
“Biz müharibəni ləyaqətlə
aparmışıq, bütün müharibə qanunlarına
riayət edərək
aparmışıq. Biz mülki əhaliyə
qarşı vuruşmamışıq, biz binaları
bombalamamışıq, biz qəddarlıqla məşğul
olmamışıq”.
İlham ƏLİYEV
İnsanin
dünyaya gəlişi və həyatdan getməsi Allahın adı ilə
bağlıdır!
Allahın yaratdığını
Uca Tanrının özündən başqa heç kim həyatdan
məhrum etməməlidir!
Bu günahdır!
Həm də cinayətdir!
Lakin bəzən insan öldürmək
nəinki günah, cinayət əməli sayılır, əksinə
zərurət, qəhrəmanlıq hesab olunur!
Əlbəttə, söhbət ədalətli
müharibədən, rəzil düşmənin
öldürülməsindən gedir!
Vətənin müdafiəsi,
doğma torpaqların qorunması, işğaldan azad edilməsi
müqəddəs borc, vəzifədir!
Şair
gözəl deyib:
Vətəni sevməyən insan
olmaz...
Sevdiyini isə qorumağı,
müdafiə etməyi bacarmalısan!
Həm də bütün
bunları qəlbən istəməlisən!
Üstəlik, bu yolda hər an şəhid getməyə
də hazır olmalısan!
***
Müharibədə
qarşılaşan hər iki tərəf bir-birini düşmən sayır!
Bir-birini
öldürmək istəyir!
Kimin haqlı, kimin təcazvüzkar sayılmasından asılı
olmayaraq.
Bu qan tökməyin, qəddarlığın da özünəməxsus qanunları, normaları var.
Müharibədə də müəyyən qırmızı
xətlər mövcud olur.
Həm mülki əhaliyə
münasibətdə, həm işlədilən silahlarda, həm
də müharibə aparılan
ərazidə yaşayan
insanlarla davranışda...
Azərbaycan xalqının təbirincə desək, düşmənin də mərdi və namərdi olur!
Vay o gündən ki, düşmənin namərd,
alçaq, xəbis, yalançı, satqın, qorxaq,
ikiüzlü, yaltaq və hiyləgər ola!
Erməni kimi!
Azərbaycan xalqı həmişə
açıq döyüşün, mərd düşmənçiliyin
tərəfdarı olub.
Dastanlarda, nağıllarda, roman və
povestlərdə belə
düşmən təqdir edilib.
Heyhat, real həyatda
qarşımıza çıxan namərd erməni oldu!
Amma xalqımız Vətən müharibəsində murdar
düşmənə qarşı mərdliklə, kişi kimi
döyüşdü, cəsarət, rəşadət, qəhrəmanlıq nümunələri
göstərdi.
Düşmənin bütün
alçaqlıqlarının, şərəfsizliyinin dəfələrlə
şahidi olsa da!
Azərbaycan xalqının 44
günlük Vətən müharibəsi təkcə ona
görə ləyaqətli
müharibə hesab olunmur ki,
torpaqların işğaldan azad edilməsi uğrunda
aparılan savaş ədalətli, beynəlxalq hüquqa və onun tələblərinə
cavab verən şəkildə gerçəkləşdi.
Bu müharibənin ən yeni
silahlarla, taktika və strategiya ilə
aparılması, XXI əsrin
ən yeni müharibəsi sayılması, dünya
üçün nümunəyə çevrilməsi
sırf hərb, hərb elminin tələblərinə
cavab verməsi məsələnin yalnız hərbi-texniki tərəfidir.
Ləyaqətli müharibə
ölüm-dirim savaşında, ölüb-öldürmə
meydanında, düşmənin hər cür
alçaqlığının
şahidi olduğun bir
vaxtda da öz insanlığını, ləyaqət hissini unutmamaqdır!
Hətta şərəfsiz
addımlara, murdar əməllərə müharibə
qanunları çərçivəsində, hərbin dili ilə,
faşıst metodları tətbiq
etmədən cavab verilməsidir!
Azərbaycan Ordusu əvvəldən
axıradək yalnız hərbçilərə qarşı
döyüşdü, hərbi mövqelərə,
texnikaya, atəş nöqtələrinə
dəqiq zərbələr endirdi.
Həm də bunları çəkərək
bütün dünyaya nümayiş etdirdi!
Ancaq erməni mülki əhalisinə
qarşı heç bir zorakılıq olmadı, əksinə,
onlar qorundu və dərhal da
qarşı tərəfə təhvil verildi!
Müzəffər Ali Baş
Komandan İlham Əliyev də,
Azərbaycan Ordusu da sona qədər təmkinli, ləyaqətli davrandı!
Hətta bu, düşmənin
etdiyi alçaqlıqlar qarşısında nə qədər
çətin və ağır olsa da belə!
Bəli, alçaq düşmən
şərəfsizcəsinə
cəbhə xəttindən
çox-çox uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə,
Goranboy şəhərlərini
raket və mərmi atəşinə tutduğu bir vaxtda!
Gecə vaxtı Gəncənin
yaşayış məhəllələri, günün-günorta
çağı Bərdə şəhərinin ən
çox insanın
toplaşdığı yer,
gecə-gündüz bilmədən Tərtərin kənd, qəsəbə
və şəhəri
dağıdılanda!
Ballistik
raketlər dalbadal qeyri-hərbi obyektlərə atılanda!
Qadağan olunmuş fosforlu, kasetli
bombalar dinc əhaliyə
qarşı tətbiq ediləndə!
Bəli, belə məqamlarda əsəblərini və hisslərini cilovlamaq çox çətin idi!
Ancaq Azərbaycan tərəfi bir
an belə olsun ləyaqət hissini unutmadı!
Bütün
alçaqlıqların əvəzini döyüş meydanında verdi!
Həm də artıqlaması ilə!
***
Azərbaycan xalqı bu müharibədə düşmənə qəhrəmanlığı, vətənpərvərliyi, ləyaqət
hissi ilə də qalib gəldi!
Müzəffər Ali Baş
Komandan İlham Əliyev 44 gün ərzində Ermənistan
ordusunu məhv etdi.
Düşməni
qarşısında diz çökdürdü!
“Dəmir yumruğ”u ilə
başını əzdi!
Həm də informasiya müharibəsində biabırçı məğlubiyyətə
uğratdı.
Onun yalançı, riyakar, vandal olduğunu konkret faktlarla
ifşa etdi.
Müharibə qanunlarını dəfələrlə
pozduğunu, qadağan olunmuş silahlardan, bombalardan,
ballistik raketlərdən istifadə
etdiyini sübutlarla göstərdi.
Bu gün də erməni
vandallığı, murdarlığı, 30 illik işğal
dövründə törətdiyi vəhşiliklər, dini, mədəni, tarixi abidələrə vəhşi, qeyri-insani münasibətləri dünyaya təqdim edilməkdədir.
Təkcə “böyük Ermənistan” mifi deyil,
“qədim mədəni xalq”
əfsanəsi də
puça çıxarılmışdır.
Düşmənin növbəti ləyaqətsizliyi
diz çökərək imzaladığı kapitulyasiya
aktının bəndlərini yerinə
yetirmək istəməməsi, üzərinə
götürdüyü öhdəliklərin müxtəlif
şəkildə, bəhanələrlə
icrasından boyun qaçırmasıdır!
“Dəmir yumruq” hər bir hiylədən, oyunbazlıqdan
yüksəkdə dayanır və
gücünü daha da artırır!
İstənilən an düşmənə daha
ağır formada dərs vermək imkanımız var və
bu hüququ özümüzdə
saxlamışıq!
Terrorçulara və separatçılara
qarşı daha bir ləyaqətli
hərbi əməliyyat
keçirmək hər
zaman mümkündür!
Yenə də seçim Ermənistanındır!
Onlar
istəməsələr də,
Zəngəzur dəhlizi
yaradılacaq!
Onlar istəməsələr də,
Azərbaycan öz ərazisində
öz qanunlarını tətbiq
edərək terrorun və
separatizmin kökünü birdəfəlik kəsəcəkdir!
Həm də son dərəcədə ləyaqət
hissi ilə!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2022.- 31 mart.- S.1; 4.