Regional
təhlükəsizlik məsələləri müzakirə
edilib
Martın
15-də Amerika Birləşmiş Ştatlarının
dövlət katibi Entoni Blinken Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng
edib.
Söhbət
zamanı Cənubi Qafqaz regionunda postmünaqişə
dövrünə aid məsələlər, o cümlədən
Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə
fikir mübadiləsi aparılıb.
Telefon
danışığı əsnasında regional təhlükəsizlik
məsələləri də müzakirə edilib.
Amerika
Birləşmiş Ştatlarının dövlət katibi
Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə
görə Azərbaycana təşəkkürünü
bildirib.
Azərbaycan.-2022.- 16 mart.- S.1.