Şuşa şəhəri diplomatik
mərkəz rolunda çıxış edir
Azərbaycan ilə BMT arasındakı münasibətlərin 30 illiyi, BMT-Azərbaycan tərəfdaşlığı ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində qeyd edilir. Azərbaycan 1992-ci ilin martında BMT-yə üzv olub və 2 aydan sonra Şuşa Ermənistan tərəfindən işğal olunub. Bu dövr ərzində işğal altında olan Şuşa şəhəri dağıdılıb, viran edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin
köməkçisi qeyd edib:
“Azərbaycanın Vətən müharibəsində
qazandığı möhtəşəm Qələbə nəticəsində
digər şəhərlərimiz, digər ərazilərimiz kimi, Şuşa da azad edildi.
Bu gün Şuşa Azərbaycanın mədəniyyət
paytaxtı olmaqla bərabər,
qarşıdan gələn dövr ərzində
BMT-Azərbaycan münasibətlərinin müzakirə olunduğu diplomatik mərkəz
rolunda çıxış edir. Bunun böyük
siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası
var”.
Azərbaycan.-
2022.- 19 mart.- S.2.