Novruz görkəmli alimlərin tədqiqatlarında

 

Xalq bayramı

 

Mərasim folkloru mürəkkəb və geniş anlayış olduğuna görə, onun əhatə dairəsi də çoxcəhətlidir. Mifoloji tarixi-magik görüşlərin, ritual komplekslərinin əks olunması mərasim folkloru nümunələrini birləşdirən əsas funksiya kimi diqqəti cəlb edir. Mərasim folklorunda zaman anlayışı önəmli məqamlardan birini müəyyən edir. Hələ ibtidai dövrlərdən zaman insan həyatına müdaxilə etmiş, ilin ayrı-ayrı fəsillərində ona bilavasitə təsir göstərmişdir. İlin müxtəlif günlərində silsilə mərasimlər keçirilmişdir. Ayrı-ayrı mərasimlərdə sözün magik qüvvəsinə inam güclü olmuş, həmçinin sözlə hərəkətin vəhdəti bilavasitə onların yaranma strukturunapoetik özəlliklərinə də təsirsiz ötüşməmişdir.

Xalq mənəviyyatının sərvəti olan şifahi söz sənətinin törəyişi insan təfəkkürünün hələ tam formalaşmadığı çağlarla bağlıdır. Erkən tarixi dövrlərdə təbiət və cəmiyyət hadisələri insanlarda yalnız müşahidə və ilkin təsəvvürlər yaradırdı. Təbiətdə baş verən hadisələrin yaranma səbəblərini dərk edə bilmədiklərindən onlara ilahi varlıqların müdaxiləsi kimi baxmış və bununla bağlı bu gün mərasim folkloru kimi qəbul olunan adət-ənənələr silsiləsi xalq ədəbiyyatına daxil olmuşdur.

Azərbaycan poetik xalq yaradıcılığının, mərasim folklorunun, Novruz bayramı kompleksini təşkil edən bədii nümunələrin   toplanması, nəşri və tədqiqi sahəsində təqdirəlayiq işlər görülmüşdür. Azərbaycan mərasim folklorunun öyrənilməsi folklorşünaslığımızın aktual problemlərindən biridir. Çünki burada ayrı-ayrı ayinlərin, ritualların səciyyəviliyi bilavasitə xalqın yaşam tərzini, düşüncəsini, dünyagörüşünü, təfəkkürünü müəyyənləşdirir. Novruzun  genezisi və tipologiysı  ilə bağlı  araşdırmalar  XIX   yüzillikdən bu  günə qədər davam edir.

Azərbaycan folklorunda mərasimlərin, bayramların, ayrı-ayrı arxaik ayin və ritualların  tədqiqi nəticəsində folklorşünaslıqda dəyərli elmi araşdırmalar ərsəyə gəlmişdir. Bu baxımdan F.Köçərlinin, Ə.Abidin, H.Zeynallının, S.Mümtazın,  Y.V.Çəmənzəminlinin, M.H.Təhmasibin, M.A.Dadaşzadənin, P.Əfəndiyevin, V.Vəliyevin, A.Nəbiyevin, Q. Paşayevin, M.Qasımlının, B.Abdullayevin,  E.Aslanovun, M.Kazımoğlunun, S.Orucovanın, A. Xəlilovun,  Ş.Albalıyevin və başqalarının xidmətləri xüsusi qeyd edilməlidir. Azərbaycan mərasimlərinə, xüsusən də mövsümlə bağlı olanlara, Novruzbayrama hazırlıq mərhələsini təşkil edən çərşənbələrə dair folklorşünaslıqda xeyli işlər görülmüş, ayrı-ayrı məqalə və dərsliklərdə onlardan bəhs olunmuşdur. Qərb şərqşünası A.Mets “Müsəlman intibahı” adlı kitabında göstərir ki, “Xalqın həyatında islamın təsirinin güclü olmadığını bayramlar sübut edir. Doğrudan da müsəlman ruhaniləri nə qədər çalışdılarsa, Novruz bayramını nə qadağan etməyə, nə də ona dini don geydirməyə müvəffəq  oldular. Xalq kütlələri bahar bayramı olan Novruzun qeyri-dini, azad xarakterini qoruyub saxladılar”.

XX yüzilliyin əvvəllərində nəşr olunan bir sıra jurnallarda mərasim folkloruna, Novruza aid nəğmələr çap olunmuşdur. Onların bir qismi M.H.Təhmasib tərəfindən yenidən nəşr edilmişdir. 1914-cü ildə “Məktəb” jurnalında çapdan çıxan nümunələr arasında Məmmədağa Axundzadənin “El sözləri” adı altında aşağıdakı “Kosa-kosa” mərasim nəğməsini çap etdirmişdir:

 

Ay kosa-kosa gəlmisən

Gəlmisən meydanə sən.

Almayınca payını

Çəkilmə bir yanə sən.

Beş yumurta payındı,

Olmaya allanasan.

Mənim kosam oynayır,

Gör necə dingildəyir...

 

Həmin jurnalda çap olunmuş nümunələr arasında Ağa bəy İsrafilbəyovun hekayəsində bayramla əlaqədar olanGün çıx, çıx, çıx!” Mən anamın ilkiyəmnəğmələri təqdim edilmişdir.

Y.V.Çəmənzəminli yazır ki, “xalqımız arasında Novruz bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamında vəsfi-hal kimi bir adət vardı. Qadın qızlar toplaşaraq bir badya su qoyar hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfı-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyət olar niyyətinin baş verəcəyini ya verməyəcəyini söylənən vəsfi-haldan duyardı”. Müəllif sonra vəsf-hallara aşağıdakı nümunələri göstərir:

 

Ağlama, naçar ağlama,

Əlində haçar ağlama,

Qapını bağlayan Allah

Bir gün açar ağlama.

 

Oturmuşdum səkidə

Ürəyim səksəkədə.

Üç qızıl alma gəldi

Bir qızıl nəlbəkidə...

 

Maraqlı məqamlardan biri odur ki, bəzi tədqiqatlarda Novruzla zərdüştçülük arasında müqayisələr aparılmışdır. Hamıya məlumdur ki, müəyyən oxşarlıqlar olsa da, xalq bayramı olan Novruz mənşəyi tarixiliyinə görə daha erkən çağlarla bağlıdır. ÇünkiGünəşin müqəddəs sayılması təbii odun müqəddəs sayılmasından əvvəldir”.

M.H.TəhmasibinXalq ədəbiyyatımızda mərasim mövsüm nəğmələriadlı namizədlik dissertasiyası Novruz ənənələrinin tədqiqatında  xüsusi qeyd olunmalıdır. Əsərin müəllifi bir çox məsələlərin, o cümlədən “Ata-baba günü”nün, “Hodu-Hodu”nun, “Kosa-kosa”nın, “Səməni bayramı”nın üzərində təhlillər aparmış, bu mərasimlərin həm adlarının etimoloji izahını təqdim etmiş, həm elmi-nəzəri fikirlərini irəli sürmüşdür.

Tədqiqatçılara görə, şifahi yaradıcılıqda əmək nəğmələrindən sonra mühüm yeri təbiəti dərketmə ilə, ayin, etiqad mərasimlərlə bağlı nəğmələr tutmuşdur. Zaman-zaman bu hadisələri qavramaq, dərk etmək sanki özünə tabe etmək məqsədilə insanlar ilk ibtidai inanc etiqadlarını, ayin mərasimlərini yaratmış onlar şifahi yaradıcılıqda öz əksini tapmışdır. Xalq ədəbiyyatında həmin inam etiqadlarla bağlı silsilə nəğmələr yaranmışdır ki, onların yalnız bir qismi bu günümüzə qədər gəlib çatmışdır. Mərasim nəğmələri adlanan bu poetik nümunələr öz mövzu məzmun xüsusiyyətlərinə görə, əsasən, iki qrupa bölünür ki, bunlar mövsüm məişət mərasimi nəğmələridir.

Görkəmli şərqşünas alim Aida İmanquliyevanınNovruz Şərq ölkələrindəadlı araşdırması bu gün aktualdır. Tədqiqatçı  göstərir ki, “... Yaxın Orta Şərqin  bir çox ölkələrində bu bayram əziz səbirsizliklə  gözlənilən bir mərasim kimi qeyd edilir”, “Mərkəzi Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə məskunlaşan bütün  türk xalqları tərəfindən sevinclə  qarşılanır... Müasir dovrdə  Novruz bayramı Misir ərəbləri tərəfindən qarşılanır. Misirdə yazın gəlişiŞəmmuu-n-nəsimyaz artım, məhsuldarlıq bayramı ilə bağlı müxtəlif  mərasim ayinlərin icrası ilə qeyd edilir...”

Azad Nəbiyev folklorşünas alim kimi fəaliyyətinin böyük hissəsini Novruz bayram kompleksinin araşdırılmasına həsr etmişdir. O, həm Novruz çərşənbələrinin 4 yaradılış ünsürünə əsasən sıra düzümünü təqdim etmiş, beləliklə , çərşənbələrin ardıcıl düzümünü əsaslandırmaqla mövcud olan fikir ayrılıqlarına son qoymuşdur. Alimin 2012- ci ildə  çap etdirdiyiAzərbaycanda Novruzkitabı isə onun Novruzla bağlı apardığı tədqiqatların sonuncusudur. Azad Nəbiyevə görə, mərasim nəğmələri arxaik düşüncənin poetik ölçü qəliblərin, poetik üslub ifadə modellərinin ən erkən tiplərini ifadə edir, xalqların etik-estetik dünyagörüşü, əxlaqı, ritual etiqadlarını sistem halında ifadə edir   erkən estetik düşüncəni məişət əxlaqi detallarını əks etdirmək baxımından mövsüm mərasimi nəğmələri iki şəkildə nəzəri cəlb edir: Ayrı-ayrı təbiət hadisələri etiqadlarla bağlı yaranan nəğmələr ilin müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran nəğmələr.

Ayrı-ayrı təbiət hadisələri etiqadlarla bağlı yaranan nəğmələrə yağışın yağması, Günəşin çıxması, küləyin əsməsi, göyün guruldaması, eləcə oda, suya, küləyə torpağa inamla bağlı yaranan nəğmələr daxil edilir. Belə nümunələrin birində, məsələn, Günəşə etiqadla bağlı aşağıdakı mətndə antropomorfik görüşlərin izləri diqqəti cəlb edir. İkinci bölgüdə ilin müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran nəğmələr yer almışdır ki, onlar əmək mövsümlərinin başlanması ya  məhsulun yığılması ilə bağlı yaranan nəğmələri əhatə edir.

Erkən dövrlərdə Azərbaycan ərazisində zərdüştçülükdə bağlı keçirilən bayramlar arasında Mehrikan bayramı da xüsusi qeyd olunmalıdır. Məmməd Arif DadaşzadəAzərbaycan xalqının Orta əsr mənəvi mədəniyyətiadlı tədqiqatında Novruz bayramı onun qədim adət-ənənələri haqqında məlumat verməklə yanaşı,  göstərmişdir ki, “Mehrikan bayramı həmişə payız fəslinin əvvəlində məhsulun toplanışından sonra keçirilmişdir”. Orta əsr müəllifləri Mehrikan bayramından söhbət açarkən əvvəlcə onun keçirildiyi vaxtı qeyd edirlər. Əbu Reyhan əl Biruni bu bayramın mehr ayının 16-dan 30-na kimi qeyd olunduğunu göstərir.

Erkən düşüncədə yeni əmək mövsümünün başlanması ilə bağlı mərasim nəğmələr arasındaŞum mərasimi”, “Saya mərasimi onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb edir.  Azad NəbiyevAzərbaycan xalq ədəbiyyatıəsərindəNovruzqabağı nəğmələradı ilə tanınan həmin nəğmələri - “Çillə nəğmələri”nə, “İlaxır çərşənbə nəğmələri”nə Bayram məişəti nəğmələri”nə  ayırır.

Tarixi mənbələrə görə, türklər hələ hunların dövründən bayram mərasimlər keçirmişlər. Hunların mərasimlərinə bənzər rituallar Göytürklərin zamanında da keçirilmişdir. Türklər hər il bayram mərasimlərini təqribən beşinci ayın ikinci yarısındaGök Tenqriıduk yer, suvüçün qurban kəsməklə başlayardılar. Qurbandan sonra isə şənliklər olurdu. Bu zaman oyun oynar, kımız içər, nəğmələr söyliyərlərmiş.

A.Xəlilova görə, türklərdə odun təmizləyici funksiyasının, atəşpərəstlikdəki müqəddəslikdən fərqli olduğu fikri irəli sürülür. Məsələn, xalqımızın bayramdaAğırlığım, uğurluğum, azarım-bezarım odlara s. ifadə etdiyi fikirlər odun müqəddəs sayılması düşüncəsi ilə uyğun gəlmir”. Həqiqətən Novruz  ayin mərasimlərində sakral məzmun daşıyan bəzi deyimlər getdikcə mərasimdən ayrılmış ayrı-ayrı alqış, dua, tərif sair bədii örnəklər kimi təzahür etmişdir.

 

Ülkər NƏBİYEVA,

Bakı Dövlət  Universitetinin  professor

 

Azərbaycan.- 2022.- 19 mart.- S.7.