Baharın gəlişini azsaylı xalqlar da təntənə ilə qeyd edirlər

 

İlin əziz günləri

 

Müqəddəs Novruz bayramını Azərbaycan xalqı ötən ilin noyabrında Vətən müharibəsində işğalçı erməni silahlı birləşmələri üzərində qazanılan möhtəşəm qələbəsinin sevinci ilə qeyd edir. Tarixi minilliklər öncəyə gedib çıxan Novruz bayramı Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə UNESCO-nun siyahısına salınıb, 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 Mart Beynəlxalq Novruz Günü kimi təsis olunub.

Qürurlu duyğularla qarşıladığımız qədim Novruz bayramı nəinki republikamızda, Orta Asiya ölkələrində, Çin səddindən Afrikaya, Hindistana, Əfqanıstana, Yakutiyaya, Çuvaşıstana, Tatarıstana, Moldovaya, Macarıstan və Balkanlara qədər, bir sözlə, dünyanın harasında, hansı şəhərində, hansı kəndində yaşamasından asılı olmayaraq, bütün türk ailələrində məmnunluqla qeyd olunur.

Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və genişdir. Folklorşünas tədqiqatçıların söyləmələrinə görə, bu bayramın uzunömürlülüyü qədim mədəni köklərə və milli ənənəvi qaynaqlara bağlılığındadır. Bu gün də Azərbaycanda, eləcə də bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunur. Bu bayramı ölkəmizdə yaşayan azsaylı xalqlar da təntənə ilə qeyd edirlər. Hələ uşaq yaşlarımda Şəmkir rayonunun indiki Kür qəsəbəsindən bir neçə kilometr aralı əraziyə köçürülmüş Axıska türklərinin timsalında da bunun canlı şahidi olmuşam. Bu ərazi Kür qəsəbəsi yaranana kimi Aşağı Bitdili kəndi adlanırdı. Stalinin əmri ilə 1944-cü il noyabr ayının 14-də öz tarixi torpaqlarından yük vaqonlarına doldurularaq Orta Asiyaya sürgün edilən Axıska türkləri, 1957-ci ildə hökumətin məlum reabilitasiya qərarından sonra öz yaşadıqları yerə qayıtsalar da, onlar öz doğma kəndlərinə buraxılmayıblar. Odur ki, 1959-cu ildən etibarən axıskalılar Azərbaycana və digər sovet respublikalarına köç etmişlər. O vaxtlardan onların böyük bir qismi Şəmkir rayonunun indi Kür qəsəbəsinin inzibati ərazisinə daxil olan Bitdili kəndində kompakt şəkildə məskunlaşıb. Özbəkistanın Fərqanə bölgəsində axıskalı türklərə qarşı yönələn dəhşətli hadisələrdən sonra 1989-cu ildə Axıska türkləri ikinci dəfə yaşadıqları yerdən sürgünə məruz qaldılar. O zaman Azərbaycana, o cümlədən Şəmkirə, Bitdili kəndinə gələnləri də az olmayıb. Hamımızın yaxşı tanıdığımız, 1993-cü il aprelin 18-də respublikamızın ərazi bütövlüyü uğrunda Gədəbəy rayonununÖrükdaş” istiqamətində erməni quldurlarına qarşı gedən amansız döyüşlərdə igidliklə şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun mənsub olduğu ailə də elə bu sıradandır.

Şəmkirdə yaşayan axıskalı türklərin qeyd etdikləri ən əsas bayramlar QurbanRamazan bayramı olsa da, Novruz bayramını da qonşu azərbaycanlılarla birlikdə yüksək səviyyədə qeyd edirlər. Azərbaycanda yaşayan digər toplumlar kimi, Axıska türkləri də Novruz çərşənbələrinə və bayrama təmtəraqlı tədarük hazırlıqları ilə başlayırlar.

Azərbaycanlılarda olduğu kimi, axıskalılar arasında da yumurta döyüşdürülməsi qışla yazın, soyuqla istinin mübarizəsini nümayiş etdirməkdir. Toxum cücərtmək və ya Səməni qoymaq da bu şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. Qulaqfalı və ya qapı pusmaq yeniləşmənin məlumat səviyyəsini əks etdirir. Burada Novruza aid olan bayram adətlərindən biri torba atmaqdır. Axıskalılar arasında bu günün torba atmaq mədəniyyətində dəsmal atmaq papaq atmaq kimi vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. Novruzun papaq atmaq kimi dillər əzbəri olan bu adətini yerinə yetirən uşaqlar yetərincə əylənirlər. Ənənəyə görə, torbanı boş qaytarmaq olmaz. Axıskalıların tanınmışlarından olan Zeynul Yektay Özbəkistandan sürgündən qayıdandan sonra Aşağı Bitdili kəndində yaşayırdı, tibb sahəsində çalışırdı. Sonralar Türkiyəyə köçsə , Zeynul baba hər il Novruz bayramı münasibətilə həmvətənlərinə, azərbaycanlı tanış dostlarına təbrik məktubları göndərərdi.

Novruz bayramı Şəmkirdə - Axıska türklərinin toplum halında yaşadıqları Aşağı Bitdili kəndində olduğu kimi, Saatlı, Sabirabad, Quba, Xaçmaz, Şabran, Beyləqan rayonlarında da yaşayan axıskalılar arasında geniş qeyd olunur. Bu şənliklər zamanı müxtəlif yarışlar keçirilir, Novruza aid şeirlər söylənilir, davul zurnada şən musiqilər səsləndirilir, müxtəlif kompozisiyalarda səhnəciklər təqdim edilir. Özbək, tatar, qırğız: bunlar bir soydurmahnısı şənliyin ən yaddaqalan insanları coşduran məqamlarından birinə çevrilir. Qaşıqda yumurta daşıma, kisə (çuval) geyinərək qaçma, habelə bir-birini dalına alıb aparmaq kimi yarışlar məclisə geyimli, al çiçəkli Bahar qızının gəlişi Axıska türklərinin iştirakı ilə təşkil edilən bayram şənliklərinin ən gözəl çalarlarındandır.

Novruz mədəniyyətlərin, ölkəmizdə yaşayan azsaylı xalqların ortaq bir bayramıdır. Bu ortaq bayram dünyanın narahat vaxtında insanları barışığa, mehriban olmağa, həmrəyliyə, həyatı sevməyə ruhlandırır. Bu ortaq bayram insanları birliyə, əkib-biçməyə, işləməyə, ən nəhayət, ölkəmizdə bolluq yaratmağa səsləyir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 19 mart.- S.7.