Azərbaycanın
və Sloveniyanın Xarici İşlər nazirlikləri
arasında siyasi məsləhətləşmələr davam
etdiriləcək
Martın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının Azərbaycan Respublikasında akkreditə olunan qeyri-rezident səfiri Primoş Şeliqo ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov ölkəmizin
Sloveniya ilə münasibətlərin inkişafına əhəmiyyət
verdiyini qeyd edərək, ikitərəfli səviyyədə
və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın inkişafı perspektivlərini
vurğulayıb.
Səfir Primoş Şeliqo iki ölkə arasında mövcud olan tarixi əlaqələri və dostluq ənənələrini qeyd edib, ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. O, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsindən bəhs edərək, bu il ərzində Birgə İqtisadi Komissiyanın ilk iclasının keçirilməsi, habelə ANAMA ilə əməkdaşlıq münasibətlərinin qurulmasının mövcud münasibətlərin inkişafına müsbət təkan verəcəyinə inamını vurğulayıb.
Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə bu ərazilərdə minalardan təmizlənmə istiqamətində görülən işlər, Azərbaycanın postmünaqişə mərhələsində iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı sərgilədiyi mövqeyi barədə məlumat verib.
Tərəflər, həmçinin
Azərbaycanın Avropa İttifaqı ilə
əməkdaşlığı və ATƏT çərçivəsində
həyata keçirilən əməkdaşlıq məsələlərinə
dair fikir mübadiləsi
aparıblar. İki ölkənin Xarici İşlər nazirlikləri arasında
2021-ci ildə keçirilmiş siyasi məsləhətləşmələr
təcrübəsinin qarşıdan gələn illərdə
də davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə
olunub.
Azərbaycan.-2022.- 16 mart.- S.5.