Memarlıq  Nobel”i

 

Pritsker mükafatını bu dəfə afrikalı memar aldı

 

2022-ci ildə Pritsker mükafatı laureatlarının adları açıqlanıb. Münsiflər heyətinin qərarına əsasən, memarlıq dünyasında Nobel mükafatının analoqu sayılan bu mükafat tarixdə ilk dəfə afrikalı sənətkara nəsib olub.

Təşkilat komitəsinin bəyanatında bildirilir ki, bu hazırda Almaniyanın paytaxtı Berlində yaşayan Burkina Faso mənşəli sənətkar 56 yaşlı Dyebedu Fransis Keredir. O, öz əsərlərində yerli materiallara ənənəvi sənətlərə üstünlük verir. Münsiflər heyəti onu ifrat çatışmazlığı olan ölkələrdə memarlığın pioneri adlandırıb. Müəllifin əl işlərində gözəllik, təvazökarlıq, cəsarət ixtiraçılıq xüsusi qeyd edilib.

Mətbuata açıqlama verən memar deyib: “Mən paradiqmanı dəyişdirməyə, insanları arzularla yaşamağa çağırışların qarşısını almağa sövq etməyə ümidvaram. Yalnız zəngin olduğunuza bunu ödəyə biləcəyinizə görə resursları boşuna sərf etməyin. Amma keyfiyyətli şeylər yaratmaq arzusundan imtina etmək lazım deyil, hətta əgər sən kasıb adamsansa...”

 

Kerenin işləri - üç qitədə

 

Karyerası ərzində Kere həm vətənində, həm onun hüdudlarından kənarda - Keniyada, Malidə, Uqandada, həmçinin Almaniya ABŞ-da maraqlı layihələr üzərində işləyib. Onun əsərləri arasında məktəblər, səhiyyə müəssisələri, ictimai binalar məkanlar var. Memar öz fəaliyyətində yerli materiallara ənənəvi sənətlərə üstünlük verir.

Məsələn, onun vətənində, Qando kəndində 2001-ci ildə tikilmiş ibtidai məktəb binası deyilənlərə nümunə ola bilər. Tikintidə sement ilə uyğunluqda gildən istifadə edilib, geniş qaldırılmış metal dam isə təbii ventilyasiya yaradır kondisionerlərsiz ötüşməyə imkan verir. Bundan başqa, Kere layihələndirmə tikinti mərhələlərində yerli sakinləri işlərə cəlb edib.

 

Əvvəlki laureatlar arasında iki alman Zaha Hadid var

 

Pritskerlər ailəsi (“Hyatt” hotelləri şəbəkəsinin sahibləri) tərəfindən təsis edilən nüfuzlu mükafat hər il memarlıq sahəsində əldə olunan nailiyyətlərə görə verilir. 1979-cu ildən verilən mükafatın həcmi 100 min dollar (91 min avroya yaxın) təşkil edir.

Bu sülalənin banisi isə Kiyevdən Çikaqoya köçmüş vəkil Nikolay Yakovleviç Pritskerdir (1871-1956).  Mükafat onun nəvəsi Cey Pritsker (1922-1999) tərəfindən təsis edilib.

Alman dalğasıradiostansiyası xəbər verir ki, onun laureatları iki dəfə almanlar olub. 1986-cı ildə Köln şəhərindəkiXarabalıqlarda Madonna” kilsəsinin müəllifi Qotfrid Böm memarlıq mükafatını alıb, 2015-ci ildə isə Münhendə Olimpiya Stadionunun dam örtüyünün yaradıcısı Fray Otto ölümündən sonra Pritsker mükafatına layiq görülüb.

Xatırladaq ki, 2012-ci ildə Bakıda açılmış Heydər Əliyev Mərkəzinin inşasına görə Böyük Britaniyanın Dizayn Muzeyininİlin Dizaynımükafatına layiq görülmüş dünya şöhrətli memar Zaha Hadid tarixdə Pritsker mükafatını alan ilk qadındır.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2022.- 19 mart.- S.8.