Qisasımızı döyüş
meydanında aldıq
Azərbaycan müharibəni də ləyaqətlə
apardı
“...İndi dünyada bir çox yerdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək, hesab edirəm ki, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür”.
Martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə VII Avropa Çempionatının iştirakçılarının qəbulu zamanı səsləndirdiyi kimi, öz tarixi torpaqlarını işğalçılardan azad etmək üçün apardığı Vətən müharibəsində də Azərbaycan heç zaman insanpərvərliyini itirmədi, müharibə cinayətləri törətmədi.
Baxmayaraq ki, tarixin müxtəlif dönəmlərində və son 30 ildə Azərbaycan xalqı faşist xislətli erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləməyə, soyqırımına məruz qalıb. Xalqımız bəşər tarixində bənzərinə rast gəlinməyən Xocalı soyqırımı kimi tükürpərdən bir faciə yaşayıb, soydaşlarımız doğma yurdlarından qovularaq köçkün həyatı keçirməyə məcbur olub. Amma genetik kodunda humanizm kimi yüksək bəşəri keyfiyyətlər kodlaşan xalqımız heç zaman qan tökülməsinə razı olmayıb, hər zaman sülhə tərəfdar çıxıb.
Ermənistan dinc əhaliyə qarşı
terror törətdi
Hünər meydanında, açıq
döyüşlərdə hər zaman qorxaqcasına qaçan, daim kimlərinsə kölgəsində dolanan,
xislətində qəddarlıq,
qaniçənlik, xainlik,
namərdlik kimi naqis hisslər daşıyan erməni barbarları hər fürsətdə gücünü
yalnız silahsız, müdafiəsiz insanların
üzərində sınamağı
üstün tutub.
2020-ci il
sentyabrın 27-dən etibarən
də erməni vandallarının namərd
hücumlarının şahidi
olduq. Dövlət siyasəti faşist ideologiyasına köklənmiş
Ermənistan müharibə
boyu beynəlxalq hüququn norma
və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə
qarşı terror törətdi.
Hətta
özlərinin yalvarışları
sayəsində razılaşdırılıb
elan edilmiş humanitar atəşkəs rejimlərini də hər dəfəsində
kobudcasına pozan Ermənistan silahlı bölmələri gecə-gündüz
yaşayış məntəqələrimizi
atəşə tutdu.
Azərbaycan əsgəri
düşmənin yalnız
hərbi obyektlərini
nişan aldığı halda, erməni silahlı qüvvələri həm
cəbhəboyu rayon və
kəndlərimizi, həm
də cəbhə zonasından uzaq məsafədə yerləşən
şəhərlərimizi ağır
artilleriya və raket atəşinə tutub, mülki əhalini hədəf aldı. Mənfur düşmən müharibə boyu qadağan olunmuş silahlardan istifadə etdi.
İşğalçı Ermənistan bu əməlləri ilə sivil dəyərlərdən
kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən
terrorçu ölkə
olduğunu növbəti
dəfə təsdiq etdi, faşizm mahiyyətini bir daha sübuta yetirdi.
44 günlük
müharibə dövründə
Gəncədə törətdikləri
soyqırımı, Bərdədə,
Tərtərdə mülki
əhalini hədəfə
almaları, bütöv
ailələrin həyatlarına
son qoymaları, körpə
uşaqların, qocaların
öldürülməsi ermənilərin
insanlıq suçu kimi tarixə qara izlərlə həkk olunub. Faşist xislətli
ermənilər bu vəhşiliklərini bütün
dünyanın gözü
qarşısında törədib
və qaniçənliklərini
bir daha təkzibolunmaz şəkildə
gözlər önünə
səriblər. Hətta illərdir
erməni vandallığını,
vəhşiliyini görməzdən
gələn ermənipərəst
dairələr də bu mənfur tayfanın 44 gün ərzində törətdikləri
cinayətləri ört-basdır
etməkdə aciz qalıblar. Müharibədən sonra azad olunan torpaqlarda üzə çıxan erməni vəhşiliyi, onların insanlara, daşa, torpağa, dini, mədəni dəyərlərə qənim
kəsilmələri isə
bir başqa yöndən iyrənc simalarını ortaya qoyub.
Azərbaycanın hədəfi
yalnız işğalçı
ordu idi
44 günlük
müharibə boyu Azərbaycan Ordusu beynəlxalq humanitar hüquqa əməl etdi, onun hədəfi
yalnız Ermənistanın
işğalçı ordusuna
məxsus legitim hərbi hədəflər
idi. Onu da vurğulayaq ki, müharibə getdiyi ərəfədə Azərbaycan
humanitar dəhlizlərin
açılması, beynəlxalq
humanitar hüququn norma və
prinsiplərinin tətbiq
edilməsinə hazır
olduğunu bildirərək
bu barədə erməni əhalisinə müraciət etdi. Müraciət həyatını qurtarmaq məqsədilə
könüllü qaydada
təslim olmaq istəyən düşmənin
hərbi qulluqçularına
da şamil edildi. Hətta qarşı tərəfdəki
mülki insanlara müraciət olunaraq hərbi obyektlərdən
kənarda olmaları tövsiyə edildi.
O da xüsusilə qeyd olunmalı faktdır ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatı
zamanı qadağan olunmuş silah növlərindən də
istifadə etmədi.
Prezident İlham
Əliyevin sözügedən
çıxışında da vurğuladığı
kimi, bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd
edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə,
ustalıqla aparıb,
qısa müddət ərzində istədiyinə
nail olub, həm də bütün müharibə qanunlarına
riayət edərək
ləyaqətlə aparıb:
“Məhz buna görə düşmən
tərəfində mülki
əhali arasında itkilər 30-dan da az idi. O da
məhz ona görə ki, o mülki vətəndaşlar
döyüşlərdə iştirak edirdilər”.
Bəli, Azərbaycan müharibəni
ləyaqətlə aparıb. Mülki əhaliyə
qarşı vuruşmayıb,
mülki əhalinin yerləşdiyi obyektləri
hədəf seçməyib,
qəddarlıqla məşğul
olmayıb və düşməndən qisasını
yalnız döyüş
meydanında alıb.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 19 mart.- S.1; 3.