ADA Universitetində Bahar Gənclik Festivalı keçirilib
Martın 18-də ADA Universiteti
Fondunun (Azərbaycan) və “Coca-Cola” şirkətinin
birgə əməkdaşlığı
çərçivəsində bu ali təhsil müəssisəsində
8-ci Bahar Gənclik Festivalı keçirilib.
AZƏRTAC xəbər
verir ki, ADA Universitetinin ənənəvi
yaz tədbirlərindən
sayılan festivalda bahara həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycan xalça məktəblərinin nümunələri,
bayram mətbəxinin
şirniyyatları nümayiş
etdirilib.
Milli-mədəni dəyərlərimizi təbliğ
edən festival yerli və xarici tələbələrin, ADA məktəblilərinin,
Universitetin müəllim
və işçi heyətinin, həmçinin
tərəfdaş qurumların
nümayəndələrinin iştirakı ilə keçirilib. Festivala dəvət edilən
şəhid övladlarına
xüsusi hədiyyələr
təqdim edilib.
Festival iştirakçılarını
salamlayan ADA Universiteti
Fondunun (Azərbaycan) Sponsorluq layihələri üzrə direktoru və “Təmiz ölkəm” layihəsinin
rəhbəri Firuzə
İsmayıl bildirib ki, pandemiya ilə
əlaqədar ikiillik
fasiləyə baxmayaraq
Bahar Gənclik Festivalı yenidən ADA icmasını bir araya gətirə bilib.
“Bahar təbiətin oyanışını
əks etdirir. Təbiəti qorumaq isə hər birimizin borcudur. Elə bu səbəbdən də təbiəti qorumaq məqsədilə
ADA Universiteti “Coca-Cola” şirkəti,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, “ASAN Könüllüləri”
Təşkilatı, ADA Universitetinin
Fondu və “AzEkol” MMC-nin dəstəyi ilə “Təmiz ölkəm” ekoloji layihəsinin yeni mərhələsinə
başlayaraq plastik tullantıların təkrar
emalını həyata
keçirir", - deyə
F.İsmayıl əlavə
edib.
Festival zamanı
gənc müğənni
Hiss və dicey Çina
tərəfindən səsləndirilən
musiqi ifaları, eləcə də “Səma” rəqs qrupunun şousu iştirakçıların zövqünü
oxşayıb.
Azərbaycan.- 2022.- 19 mart.- S.4.