Birinci vitse-prezident Mehriban
Əliyeva rəsmi instaqram səhifəsində
Ramazan bayramı münasibətilə
paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ramazan bayramı münasibətilə paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi
qəlbdən təbrik edirəm! Bu
mübarək bayram günlərində
edilən bütün duaların, diləklərin
və saf niyyətlərin qəbul
olunmasını arzulayıram. Uca Tanrı
hər kəsə möhkəm cansağlığı və
səadət, Vətənimizə sülh
və əmin-amanlıq bəxş etsin!”.
Azərbaycan.- 2022.- 5 may.- S.3.