İsrail Dövlətinin
Prezidenti Zati-aliləri
cənab İsxak Hersoqa
Dövlətlərarası münasibətlərin
təməlində xalqımızın
iradəsi dayanır
Hörmətli cənab
Prezident,
İsrail Dövlətinin
milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizə
və Sizin
simanızda bütün
xalqınıza öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
və xoş arzularımı yetirirəm.
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında uğurla inkişaf edən dövlətlərarası münasibətlərin
təməlində tarixən
dostluq, qarşılıqlı
anlaşma və hörmət şəraitində
yaşayan xalqlarımızın
iradəsi dayanır.
Bu gün
Azərbaycan-İsrail əlaqələrinin
əhatə dairəsinin
genişlənməsi, bir
sıra mühüm sahələrdə ölkələrimizin
fəal əməkdaşlığı
məmnunluq doğurur. Şübhəsiz,
Təl-Əvivdə ölkəmizin Ticarət və Turizm nümayəndəliklərinin açılması
əməkdaşlığımızın
inkişafına, insanlararası
təmasların artmasına
töhfə verəcəkdir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
aparılan bərpa və yenidənqurma işlərində İsrail
şirkətlərinin iştirakını
xüsusi qeyd etmək istəyirəm.
Hesab edirəm ki, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə
qarşılıqlı fəaliyyətimizin
daha da inkişaf
etdirilməsi üçün
yaxşı imkanlar mövcuddur. Əminəm ki, xalqlarımızın
mənafelərinə uyğun
olaraq ölkələrimiz
arasında ənənəvi
dostluq münasibətlərini
genişləndirmək, əməkdaşlığımızın
potensialından tam bəhrələnmək
üçün bundan
sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, işlərinizdə
uğurlar, dost İsrail
xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 aprel
2022-ci il
Azərbaycan.- 2022.-5 may.- S.3.