Lənkəranda şəhidin xatirə kompleksi
açılıb
Lənkəranın Parakənd qəsəbə tam orta məktəbinin həyətində bu təhsil ocağını bitirmiş birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Nəzərovun xatirə kompleksinin açılışı olub.
Tədbirdə şəhidin keçdiyi döyüş yolu və göstərdiyi qəhrəmanlığı barədə söz açılıb. Xatirə kompleksinin açılışının şəhidin 60 illik yubileyinə təsadüf etdiyi qeyd olunub. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlərin və irəli sürülən təşəbbüslərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyət kəsb etdiyi bildirilərək Parakənd qəsəbə tam orta məktəbinin şəhid Mikayıl Nəzərovun adını daşıdığı vurğulanıb.
Şəhidin ailə üzvləri adından çıxış edən qızı Ramilə Nəzərova ölkəmizdə şəhidlərə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqətdən razılığını bildirib.
Sonda məktəbin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Ağaddin BABAYEV,
Azərbaycan.- 2022.- 5 may.- S.14.