İlham Əliyev Rəcəb Tayyib
Ərdoğanı ölkəmizə səfərə dəvət
edib
Mayın 2-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevlə Türkiyə
Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı
olub.
Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini
təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar.
Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Prezident
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə
dəvət edib. Dəvət minnətdarlıqla
qəbul olunub.
Azərbaycan.- 2022.- 5 may.- S.1.