Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Mərkəzi Nəbatat Bağı mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mərkəzi Nəbatat Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma tikinti işlərinin həyata keçirilməsinə zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə qərara alıram:

1. Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 may 2022-ci il

 

Azərbaycan. - 2022.- 6 may.- S.2.