Prezident
Kitabxanasının “Heydər Əliyev. Elektron
sənədlər toplusu” Ümummilli
Liderin irsini öyrənənlər
üçün ən zəngin internet resursdur
Dünyada mövcud olmuş dövlətlərin başçılarından yalnız bir qisminin adları tarixin yaddaşına qurucu və xilaskar kimi həkk olunub. Belə şəxsiyyətlərin həyatı və irsi daim öyrənilir və ondan nümunə götürülür. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi qurucu və xilaskar dövlət başçısı olmuşdur.
İstər Sovet Azərbaycanı, istərsə də müstəqil Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə Heydər Əliyev irsinin təhlili göstərir ki, o, həyatını öz xalqının təhsilinin, elminin, mədəniyyətinin və iqtisadiyyatının yüksəlməsinə həsr etmişdir. Onun çıxışları, nitqləri, müsahibələri təkcə həmin dövr üçün deyil, sanki həm də gələcək nəsillərin faydalanması və nəticə çıxarması üçün söylənmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarını hazırladıqları “Heydər Əliyev. Elektron sənədlər toplusu” resursu məhz Heydər Əliyev irsinin öyrənilməsinə və onun təbliğinə xidmət edir. Prezident Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ərəfəsində bu elektron resursun bölmələri yenilənib və Konfrans zalında geniş kitab sərgisi nümayiş etdirilir.
Prezident Kitabxanasından
AZƏRTAC-a bildirilib ki,
“Heydər Əliyev. Elektron sənədlər toplusu”
9 fəsil və 58 bölmədən ibarətdir.
Elektron sənədlər
toplusunun “Ümummilli lider” fəslinə “Bioqrafiya”, “Rəhbərlik
illəri”, “Təltifləri”,
“Seçilmiş fikirləri”,
“Xatirəsinin əbədiləşdirilməsi”
bölmələri daxil
edilib.
Sənədlər toplusunun “Xronologiya
(1923-2003)” fəslində Ümummilli
Liderin 1923-1969, 1969-1982, 1983-1990, 1990-1993,
1993-2003-cü illəri əhatə
edən həyat və fəaliyyətinin əsas məqamlarını
özündə əks
etdirən materiallar toplanılıb.
Elektron sənədlər toplusunda
Ulu Öndərin irsi üç dövr üzrə qruplaşdırılıb. 1969-1982-ci illəri
əhatə edən birinci dövrdə onun Sovet Azərbaycanına
rəhbərlik etdiyi vaxt tariximizə və mədəniyyətimizə
dair seçilmiş məruzə və çıxışları, 1989-1993-cü illəri əhatə edən ikinci dövrdə əsasən
Naxçıvanda yaşadığı
və işlədiyi illərə aid çıxışları,
müsahibələri, 1993-2003-cü illəri əhatə edən üçüncü
dövrdə isə Azərbaycan Respublikasının
Prezidenti kimi
AZƏRTAC tərəfindən yayılan çıxışları,
nitqləri, müsahibələri,
bəyanatları və
müraciətləri ayrı-ayrı
illər üzrə qruplaşdırılaraq internet istifadəçilərinə təqdim
olunur.
1993-2003-cü illəri əhatə edən “Xarici siyasət fəaliyyəti”
fəslinə “Xronologiya”
və “Rəsmi sənədlərin biblioqrafiyası”
(qanunlar, fərmanlar və sərəncamlar) bölmələri daxil edilib.
“Məşhur
adamlar Heydər Əliyev haqqında” adlı fəsildə hələ sağlığında
canlı əfsanəyə
çevrilmiş Heydər
Əliyev haqqında dünyanın ən sayılıb-seçilən siyasətçilərinin
və dövlət xadimlərinin fikirləri toplanılıb.
“Müstəqilliyimiz
əbədidir. Elektron külliyyat” fəslinə
Heydər Əliyevin əsərlərinin 46 cildinin
elektron versiyaları daxil edilib.
“Biblioqrafiya” bölməsində kitabxananın
fondunda olan Heydər Əliyevlə bağlı müxtəlif
dillərdə 1200 adda
kitabın və 27 avtoreferatın, 6550 qəzet
və jurnal məqaləsinin biblioqrafik
təsviri internet istifadəçilərinə
təqdim edilir.
“Fotoqalereya”nın
“Fotoalbom” bölməsində
Heydər Əliyevin ömrünün müxtəlif
məqamları, “Fotosənəd”
bölməsində isə
onunla bağlı müxtəlif sənədlərin
surətləri əks
etdirilir.
Elektron resurs son dövrdə Heydər Əliyev haqqında müxtəlif dillərdə çap olunan kitabların elektron versiyaları ilə də zənginləşdirilib. Həmçinin kitabxananın fonduna daxil olan qəzet
və jurnallarda Heydər Əliyev haqqında dərc edilən 670 analitik və təhlili məqalələrin elektron
versiyaları da elektron nəşrə əlavə edilib.
Kitabxananın layihələri içərisində
ən çox müraciət olunan bu elektron resursdan
indiyədək 40 minə
yaxın istifadəçi
faydalanıb.
Sənədlər toplusuna həm Prezident Kitabxanasının
saytı (www.preslib.az), həm
də ayrıca subdomenlə (http://heydaraliyev.preslib.az/) daxil olmaq mümkündür.
Azərbaycan.-
2022.- 6 may.- S.13.