Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə" 2006-cı il
18 aprel tarixli 391
nömrəli və "İcra
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2016-cı il
16 dekabr tarixli 458-VQD nömrəli Qanununun
tətbiqi haqqında" 2016-cı il 23 dekabr tarixli 1173 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 412-VIQD nömrəli Qanununun tətbiqi və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1534 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹ 10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2, maddə 85, ¹ 4, maddə 281, ¹ 6, maddə 497, ¹ 10, maddə 894, ¹ 11, maddə 993; 2012, ¹ 10, maddə 950; 2014, ¹ 6, maddə 627, ¹ 7, maddə 820, ¹ 9, maddə 1029; 2016, ¹ 1, maddə 77; 2017, ¹ 2, maddə 184, ¹ 10, maddə 1784; 2018, ¹ 6, maddə 1205, ¹ 7 (I kitab), maddə 1480; 2019, ¹ 3, maddə 431, ¹ 5, maddə 860, ¹ 6, maddə 1044, ¹ 12, maddə 1927; 2020, ¹ 7, maddə 882; 2021, ¹ 5, maddə 439; 2022, ¹ 1, maddə 29) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"nin 9.23-1-ci bəndi ləğv edilsin.
2. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 458-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1173 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2091) 3-cü hissəsi ləğv edilsin.
3. Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 aprel 2022-ci il
Azərbaycan.- 2022.- 1 may.- S.4.