Cənubi Qafqaz: İnkişaf əməkdaşlıqmövzusunda beynəlxalq konfrans beyin mərkəzləri üçün çox faydalı oldu

 

Cənubi Qafqaz: İnkişaf əməkdaşlıqmövzusunda Şuşa şəhərində paytaxt Bakıda keçirilən beynəlxalq konfrans dünyanın müxtəlif ölkələri, o cümlədən Misirin beyin mərkəzləri üçün çox faydalı oldu. Tədbirdə Misiri təmsil edən bir politoloq kimi əminliklə deyə bilərəm ki, Azərbaycan Prezidentinin politoloqlarla açıq səmimi dialoqu Cənubi Qafqaz regionu üzrə ümumilikdə beynəlxalq məsələlərə dair analitik tədqiqatlar üçün ən yaxşı stimul idi.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində MisirinƏl HivarStrateji Media Araşdırmaları Mərkəzinin rəhbəri professor Əhməd Tahir söyləyib. Misirli politoloq əlavə edib: “Konfrans çərçivəsində biz Füzuli Beynəlxalq Hava Limanında olduq işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə prosesini izlədik. Mən gördüm ki, 44 günlük müharibədə mütləq qalibiyyət əldə edən Azərbaycan gələcəyə inamla baxır dayanıqlı sülhə nail olmaqla regionu sabitlik tərəqqi məkanına çevirmək istəyir.

Beynəlxalq konfransda iştirakım mənim üçün üç əsas məqamı müəyyən etmək üçün əhəmiyyətli idi. Birincisi, Azərbaycan dövlətinin Ermənistanın işğalından azad olunmuş ərazilərin inkişaf etdirilməsi planı möhtəşəmdir. Bu prosesin gedişində meydana çıxan bəzi çətinliklərə baxmayaraq, qısa zaman ərzində orada baş verənlər təqdirəlayiq nailiyyətdir. Eyni zamanda, irimiqyaslı bərpa-quruculuq işlərini paralel olaraq dayanıqlı sülhə nail olmaq istiqamətində fəaliyyətləri həyata keçirmək üçün dəqiq vizyon strateji dövlət planı mövcuddur.

İkincisi, Cənubi Qafqazın üç ölkəsi arasında ən güclü dövlət olan Azərbaycanın regionun gələcəyinə olan baxışını müəyyən etmək mənim üçün mühüm idi. Prezident İlham Əliyevin əməkdaşlıq, inkişaf, sülh sabitlik kontekstində təşəbbüsləri göstərir ki, Azərbaycanın qonşuları, o cümlədən Ermənistan yaranmış əlverişli şəraitdən səmərəli istifadə etməli, rəsmi Bakının təkliflərini müsbət dəyərləndirməlidir. Azərbaycan Prezidenti haqlı olaraq bildirdi ki, bütün bu məqsədlərə nail olmaq üçün Ermənistan imzaladığı sənədə sadiq qalmalı beynəlxalq ictimaiyyət bir çox problemlərlə üzləşən regionda əməkdaşlığın sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanın səylərini dəstəkləməlidir. Azərbaycanın xarici işlər naziri ilə görüşümüz rəsmi Bakının diplomatiyasının əsaslarını öyrənmək üçün faydalı oldu.

Nəhayət konfrans Azərbaycanın beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlığının dərinləşməsi baxımından mühüm addım idi. Azərbaycan rəhbərliyi nüfuzlu politoloqlara təklif tövsiyələrini verdi, eyni zamanda, bu cür silsilə tədbirlərin təşkilinin vacibliyi vurğulandı.

Çıxardığım nəticə ondan ibarətdir ki, dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların iştirak etdiyi Azərbaycan siyasi rəhbərliyinin diqqət mərkəzində olan bu cür tədbirlərin təşkili politologiya baxımından ölkə rəhbərliyinin regional beynəlxalq proseslərə sağlam baxışının təqdimatı kimi qiymətləndirilməlidir.

Uca Allahın lütfü Azərbaycan Prezidentinin müdrik siyasəti ilə 30 ilə yaxın işğal altında qalmış ərazilərin cəmi 44 gündə azad olunması hərb siyasət tarixində əlamətdar hadisə kimi qalacaq. İndi isə regionda dayanıqlı sülhün sabitliyin bərqərar olması, inkişaf quruculuq uğrunda mübarizə gedir. Bu proseslərin uğurla başa çatdırılmasında Azərbaycan xalqına uğurlar arzulayıram”.

 

Azərbaycan.- 2022.-1 may.- S.5.