GDU-da elmi-praktik konfrans keçirilib
Gəncə Dövlət Universitetində
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr
olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş
sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq
diqqətə çatdırmışdır
ki, taleyinə yalnız qurmaq və yaratmaq missiyası yazılmış
bu böyük insan xalqın təkidi ilə xilaskarlıq missiyasını
öz üzərinə
götürərək müdrikliyi,
uzaqgörənliyi, dəmir
iradəsi sayəsində
xalqımızı bir
çox bəlalardan xilas etmişdir:
"90-cı illərin əvvəllərində
ikinci dəfə hakimiyyətə gələn
Heydər Əliyev ölkədə vətəndaş
müharibəsinin qarşısını
almış, ayrı-ayrı
siyasi qüvvələrə
və şəxslərə
tabe olan silahlı birləşmələri
ləğv etmiş, vahid komandanlığa tabe olan ordu
yaratmışdır. Ulu Öndər
tərəfindən görülən
böyük işlərin,
həyata keçirdiyi
xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir
ki, bu gün
xalqımız müstəqil,
demokratik və hüquqi dövlətdə
yaşamaq imkanı əldə etmişdir".
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən, siyasi
fəaliyyətindən bəhs
edən müxtəlif
mövzularda məruzələr
dinlənilmişdir.
Sabir ƏLİYEV
Azərbaycan.- 2022.- 8 may.- S.11.