Naxçıvanda Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə
həsr olunmuş silsilə tədbirlər
davam edir
Naxçıvanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin qala konserti və mükafatlandırılma mərasimi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqədə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri rəqs nominasiyası üzrə “Köçəri” yallısı ilə çıxış ediblər. Münsiflər heyətinin yekun qərarına əsasən kollecin komandası birinci yerə layiq görülüb. Yekun konsertdə qaliblərə təşkilatçıların fəxri fərmanları və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, fevralın 1-dən mayın 5-dək davam edən “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Üç minə yaxın
tələbənin qatıldığı müsabiqənin
keçirilməsində məqsəd ümummilli
lider Heydər Əliyevin ölkəmizin
müstəqilliyinin qorunub möhkəmləndirilməsində,
demokratik hüquqi
dövlətin qurulmasında misilsiz xidmətlərini
gənclərə aşılamaq, onların asudə vaxtlarını
səmərəli təşkil etmək, istedadlı gəncləri
üzə çıxarmaqdan ibarətdir. Müsabiqə 4 nominasiya – şeir, bəstəkar
mahnıları, təsnif və xalq
mahnıları, milli rəqs olmaqla, 3 mərhələdə keçirilib. Naxçıvan Muxtar Respublikasının peşə və orta ixtisas təhsili müəssisələri
üzrə aprelin 2-də keçirilən
zona müsabiqəsində
Naxçıvan Dövlət Texniki Kolleci birinci yerə layiq görülərək respublika
müsabiqəsində yarışmaq hüququ
qazanıb və göstərdiyi nəticə ilə
yarışın qalibi olub.
Azərbaycan.- 2022.- 8 may.- S.11.