Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları"nda və 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçikorta biznes evlərində mikro, kiçikorta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 580; 2006, ¹ 7, maddə 590; 2008, ¹ 6, maddə 500, ¹ 8, maddə 719, ¹ 9, maddə 798; 2010, ¹ 7, maddə 610; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 6, maddə 1114) ilə təsdiq edilmiş "Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları"nın 1.3-cü bəndinə və 2.5-ci bəndinin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Dağ-mədən ayırması statusunun verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.".

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1238, ¹ 10, maddə 1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3, maddə 411, ¹ 4, maddə 619, ¹ 5, maddələr 839, 855, ¹ 6, maddə 1027, ¹ 12, maddə 1921; 2020, ¹ 1, maddə 5, ¹ 2, maddə 100, ¹ 8, maddə 1039, ¹ 11, maddə 1357; 2021, ¹ 1, maddə 30, ¹ 6 (I kitab), maddələr 579, 593, ¹ 8, maddə 908, ¹ 12, maddələr 1369, 1416; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 aprel tarixli 1644 nömrəli və 1645  nömrəli fərmanları) ilə təsdiq edilmiş "Kiçikorta biznes evlərində mikro, kiçikorta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nın 20-ci hissəsinin "Göstərdiyi xidmətlər" sütununun 4-cü bəndinə "baytarlıq şəhadətnaməsi," sözlərindən sonra "arayışı," sözü əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2022-ci il

 

Azərbaycan.- 2022.- 8 may.- S.13.