İrəvanda etirazlara məğlub
ordunun hərbçiləri də qoşulur
Ermənistan növbəti "rəngli inqilab"
astanasındadır
İrəvanda Nikol Paşinyana qarşı təşkil edilən etiraz aksiyalarında polisin müdaxiləsi nəticəsində 100-dək insan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Hazırda baş verənlərdən belə məlum olur ki, yaxın tezlikdə Ermənistanda vəziyyət daha acınacaqlı xarakter alacaq. Çünki xalq N.Paşinyanın baş nazir kimi ölkə idarəçiliyini davam etdirməsini istəmir.
Dünən müxalifət tərəfdarları yenidən "Fransa" meydanından yürüşə çıxıblar. Yürüş iştirakçılarının hədəfi Baqramyan prospekti və Moskovyan küçələrini tutmaqla paytaxtın nəqliyyat sistemini iflic etmək olub. Hadisələrin bu səpkidə inkişafı baş nazirə ciddi şəkildə qorxu yaşadıb. Aksiyalara polislər növbəti dəfə müdaxilə etmək məcburiyyətində qalıblar, hətta qadınlara qarşı zorakılıq tətbiq edilib.Yayılan videogörüntülərdə polisin bu davranışından sonra erməni qadınların güc strukturu əməkdaşlarının üzərinə hücum etməsi də əks olunub.
Etiraz
aksiyalarında iştirak edənlər
sırasında keçmiş hərbi
xuntanın Qarabağ müharibəsində
iştirak etmiş
zabitləri, eləcə də İkinci Qarabağ savaşında yaralanmış keçmiş hərbçilər də olub. Müharibədə yaralanan
Manvel Sarukyanın atası qeyd
edib ki, 44 günlük müharibədə əlil olmuş,
amma tibbi-sosial ekspertiza zamanı hüquqlarının
pozulmasından şikayət edən xeyli sayda hərbçi var.
Müharibədə ağır yaralanmış həmin şəxslər
şikayət edirlər ki, sözügedən
ekspertizanın gedişində ekspert
komissiyalarının qərarı anormal qaydalarla verilir. Yəni onlar 1-ci qrup olsalar da, 3-cü qrup əlillik alırlar. Bir çoxu isə,
ümumiyyətlə, əlil
statusu ala bilmir.
N.Paşinyanın göstərişi ilə
İrəvan küçələrinə
əlavə hərbi və polis qüvvələri
cəmləşdirilib. Erməni
hərbi ekspert Ayk Nahapetyan ölkədə
"rəngli inqilab"ın
təşkil edildiyini
vurğulayıb.
Qeyd edilir ki, Ermənistan paytaxtında günlərdir küçələrə
faktiki nəzarət edən etirazçıların
məqsədi hakimiyyəti
və əlbəttə
ki, ölkənin xarici siyasət kursunu dəyişdirməkdir.
Bu da öz növbəsində "rəngli
inqilab"a aparır. Etirazçılar başqa ölkələrdə
"rəngli inqilab"
təşkilatçılarının metodları ilə hərəkət edirlər.
"Rəngli inqilab"ın emissarları
Ermənistanda hakimiyyətdən
yığılıb qalmış
narazılıqlardan istifadə
etməyə çalışırlar.
Göründüyü kimi, İrəvanda etirazlar səngimək bilmir. N.Paşinyan isə ona qarşı yönəlmiş
təhdidləri güc
yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Ermənistanı qarşıda ağır günlər gözləyir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 8 may.- S.15.