"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 508-VIQD nömrəli Qanununun tətbiqi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 508-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 7.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etsin;

2.2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 508-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 767; 2006, ¹ 12, maddə 1057; 2008, ¹ 9, maddə 798; 2012, ¹ 6, maddə 547, ¹ 12, maddə 1271; 2013, ¹ 11, maddə 1327, ¹ 12, maddə 1510; 2014, ¹ 4, maddə 360; 2016, ¹ 1, maddə 43, ¹ 5, maddə 883, ¹ 9, maddə 1463, ¹ 11, maddə 1807; 2017, ¹ 3, maddə 370, ¹ 5, maddə 757, ¹ 7, maddə 1377, ¹ 10, maddə 1804, ¹ 12 (I kitab), maddə 2293; 2018, ¹ 6, maddələr 1231, 1239, ¹ 7 (I kitab), maddə 1489, ¹ 12 (I kitab), maddə 2552; 2019, ¹ 1, maddə 95, ¹ 6, maddə 1044, ¹ 7, maddə 1248, ¹ 11, maddə 1699; 2020, ¹ 5, maddə 561, ¹ 7, maddə 735, ¹ 12, maddə 1401) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1.   2.1-ci bəndə "6.2-ci" sözlərindən sonra ", 7.2-ci" sözləri əlavə edilsin;

3.2. 2.2-1-ci bənddə "18.76-cı maddəsində" sözləri "7.2-ci və 18.76-cı maddələrində" sözləri ilə əvəz edilsin;

3.3.   2.3-1-ci bənddə "7-ci" sözləri "7.1-ci" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2022-ci il

 

Azərbaycan.- 2022.- 7 may.- S.6.