Albert
zirvəsi
- Adın nədir?
- Albert.
- Hansı millətin nümayəndəsisən?
- Yəhudi.
- Yəhudiləri
Azərbaycan torpağını
qorumağa nə məcbur edir?
- Mən bu torpaqda yaşayıram.
Doğulmuşam burada,
yaşayıram burada...
Bu sətirlərin
müəllifi tolerantlıq
anlayışının haqqını
verən, qardaşlığın,
candaşlığın qanla,
soyla olmadığının
sübutu, Birinci Qarabağ müharibəsində
tank döyüşündə yaratdığı "yəhudi
buterbrodu" taktikası
ilə düşməni
darmadağın edən
Albert Aqarunovdur...
Albert Aqarunov
1969-cu il aprelin 25-də Bakının
Əmircan qəsəbəsində
yəhudi ailəsində
dünyaya gəlib. Suraxanı rayonundakı
154 saylı məktəbin
səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbində
oxuyub, sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə
qədər çətin
maddi durumda yaşayan ailəsinə kömək etmək üçün işləyib.
1987-ci ildə Aqarunov hərbi xidmətə çağırılıb,
Gürcüstanda xidmət
edib, tank komandiri olub. 1989-cu ildə
ordu sıralarından
tərxis olunaraq Bakıya dönüb.
Bundan sonra Suraxanıda maşınqayırma zavodunda
işləyib.
Birinci Qarabağ müharibəsi
başlayanda Albert evə
gələrək cəbhəyə
könüllü yazıldığını
ailəsinə bildirib. Bu xəbər gözlənilməz
olsa da, ailəsi onun cəbhəyə getmək
fikri ilə razılaşıb.
Tank komandiri
təyin edilən
Albert Aqarunov Şuşada
xüsusi təyinatlı
taborda döyüşüb. O, Xankəndi,
Daşaltı, Cəmilli
istiqamətində gedən
döyüşlərdə erməni işğalçılarının
xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Hətta düşmənin iki tankı bir-birinə yaxınlaşan
zaman bir mərmi ilə onları birdəfəyə
vurub. Sonralar bu metod döyüş yoldaşları
tərəfindən "yəhudi
buterbrodu" adını
almışdı. Ermənilər onun başına 5 milyon rubl mükafat
qoymuşdular.
1992-ci il
mayın 8-də Şuşaya
ilk girməyə cəhd
edən düşmən
tankına flaqman kimi "fəxri" erməni bayrağı verilibmiş. Avşaryanın
442 nömrəli tankının qarşısına
Albertin idarə etdiyi 533 nömrəli tank
çıxıb. Düşmən ekipajı - komandir Q.Avşaryan, sürücü-mexanik
A.Avanesyan, atıcı-artilleriyaçı
Ş.Sarkisyan elə
ilk atəşdən tankın
kabinəsində məhv
ediliblər. Sonralar ermənilər
Avşaryanın yanmış
T-72 tankını bərpa
edərək tünd-yaşıl
rəngə boyayıb,
təpənin başında
Şuşaya tuşlanmış
vəziyyətdə qoymuşdular.
Onu da Vətən
müharibəsinin cəngavərləri
darmadağın etdilər...
Albert Aqarunov
1992-ci il mayın 8-də tankının
önündəki şəhid
əsgər yoldaşının
cəsədini kənara
çəkmək üçün
hərbi maşından
çıxarkən snayper
gülləsindən həlak
olur. Şəhidlik zirvəsinə ucalan
Albert Bakıda Şəhidlər
xiyabanında dəfn edilib.
Azərbaycanın yəhudi
balasının ölümündən
30 il ötür.
Birinci Qarabağ müharibəsində
vətəni Azərbaycan
uğrunda həyatını
qurban verən Albert Aqarunovun əziz xatirəsini xalqımız
daim əziz tutur, onun adını
əbədiləşdirir. Ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülən Albert Aqarunovun
Bakıda təhsil aldığı 154 nömrəli
məktəb onun adını daşıyır.
Məktəbin önündə büstü qoyulub. Nərimanov rayonunda adına küçə
var. 2017-ci ildə Əmircan
qəsəbəsində doğulub
boya-başa çatdığı
binaya xatirə lövhəsi vurulub. Həmçinin 2019-cu ildə Bakının
Nərimanov rayonunda heykəli ucaldılıb.
İndi Şuşada ulduzlar daha işıqlı, daha parlaqdır. İndi Qarabağ
daha, hətta bu yaralı görünüşüylə belə daha gözəl görünür.
İndi Albertin də ruhu rahatdır. Çünki uğrunda şəhid olduğu Şuşa da
azaddır. Həm də bütün
şəhidlərimizin qisası
artıqlaması ilə
alınıb. Hərb tariximizin
ən parlaq salnamələrindən olan
Vətən müharibəsindəki
tarixi Zəfərimiz müqəddəs şəhid
ruhlarına da ehtiramın, sevgi və şükranlığın
ən gözəl nümunəsidir.
Ülkər XASPOLADOVA
Azərbaycan.- 2022.- 7 may.- S.12.