ADA Universitetinin 10-cu karyera sərgisi təşkil olunub
Mayın 6-da ADA Universitetində 10-cu Karyera
Sərgisi keçirilib. Sərgi aprelin
19-dan etibarən fəaliyyətə
başlayan Karyera Hazırlığı Həftəsinin
yekun tədbiridir.
AZƏRTAC xəbər
verir ki, “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən
karyera sərgisinin məqsədi tələbə
və məzunları
bir araya toplamaq, ölkəmizin əmək bazarındakı
karyera imkanları ilə tanış
etmək, onların şəbəkələşməsini və şirkətlərlə
peşəkar əlaqələrinin
qurulmasını təmin
etməkdir.
ABB-nin tərəfdaşlığı ilə keçirilən tədbirdə “ATL Tech”, “Baker Tilly”,
“Coca-Cola” şirkəti, “Deloitte & Touche”, Dövlət İmtahan Mərkəzi, Elektron Hökumətin İnkişafı Mərkəzi,
“EKVITA”, “Ernst & Young”, “KPMG Azerbaijan”, PAŞA Həyat
Sığorta, “PMD GROUP”, “Unibank”
və “Yelo Bank” da daxil olmaqla
100-dən şirkət və
qurum təmsil olunub.
Bu il
onuncusu keçirilən
karyera sərgisi zamanı ADA-nın 1500-ə
yaxın tələbə
və məzunu həmin şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə
ətraflı məlumat
əldə ediblər.
Azərbaycan.- 2022.- 7 may.- S.14.