Gəncədə Ulu Öndərin
xatirəsinə həsr olunan ağacəkmə
aksiyası keçirilib
Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil edilib. Aksiya Gəncə Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Park-Kompleksinin ərazisində təşkil olunan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, deputatlar Musa Quliyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, bələdiyyə sədri Qoşqar Məmmədov, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyasında gənclər xüsusi fəallıq göstəriblər.
Aksiyadan əvvəl ağacların əkiləcəyi ərazidə abadlıq işləri aparılıb. Yeni əkilən ağaclar suvarılıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstərilib.
Sabir ƏLİYEV
Azərbaycan.- 2022.-10 may.- S.8.