Azərbaycan dünyaya insan qardaşlığına yönələn
ideyaları fəal təşviq edən mərkəzə çevrilib
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “İslam vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda beynəlxalq iştirak edir.
QMİ-nin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
dünyanın 150 ölkəsindən
500-ə yaxın müsəlman
dini lider və din xadiminin iştirak etdikləri mötəbər konfransın
ilk günündə Rəyasət
Heyətində yer alan QMİ sədri mayın 9-da nazirlər səviyyəsində “Vahid
ümmət və müxtəlif əqidə
məzhəbləri” mövzusunda
plenar iclasda çıxış edib.
Konfrans iştirakçılarını
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və bütün xalqımızın
adından salamlamaqdan şərəf duyduğunu
bildirən şeyxülislam
A. Paşazadə bildirib
ki, İslam dünyasının və
bütün bəşəriyyətin
kəskin ziddiyyətlər,
narahat gündəm yaşadığı, dövlətlərin
savaş ilə sarsıldığı, qaçqınlar
ordusu ilə üzləşdiyi bir dönəmdə müsəlman
cəmiyyətlərinin üzərinə
sülh məramını
və qarşılıqlı
ehtiram məfkurəsini
bəyan etmək vəzifəsi düşür.
O, bütün müsəlmanların
vəhdət və sülh uğrunda həmrəy olmalarının
Allah yanında ən xeyirli işlərdən olduğunu xüsusi qeyd edib.
İslam fəlsəfəsinin
dinlərin müqəddəs
məkanları, dəyərləri
və atributlarının
təhqir olunması hallarını yolverilməz
hesab etdiyini deyən QMİ sədri bildirib ki, 30 illik erməni işğalına son qoyaraq
ərazi bütövlüyünü
bərpa etmiş Azərbaycan dövləti
azad olunmuş torpaqlarımızda işğalçılar
tərəfindən vandalizm
və həqarətlərə
məruz qalmış
dini-mənəvi irsimizi
– ümumislam əhəmiyyətli
mədəniyyət abidələrimizi,
məscid və ibadətgahlarımızı dirçəldir,
bərpa edir, yenilərini inşa edir. Şeyxülislam A. Paşazadə vurğulayıb ki, məscidlərimizdə haram
buyurulan heyvanlar saxlayan erməni işğalçılardan fərqli
olaraq, Azərbaycan həm məscidlərimizi,
həm də digər dinlərə məxsus məbədləri
bərpa edir.
QMİ sədri fəxarətlə qeyd edib ki, bütün
din mənsublarının mehriban
dostluq və qardaşlıq şəraitində
yaşadığı Azərbaycanda
ardıcıl dövlət
siyasəti şəklində
həyata keçirilən,
milli və bəşəri dəyərlərə
istinadən dünyamıza
sülh və multikultural dəyərləri
təşviq edən,
islami həmrəyliyə
dəvət edən qlobal ideyalar nəinki ölkəmizin, bölgəmizin, habelə
bütün bəşəriyyətin
mənafeyinə xidmət
edir. Xüsusi vurğulanıb ki,
Azərbaycan Prezidenti İlham Əliyevin müəllifi olduğu və ümumbəşəri
əhəmiyyət kəsb
edən bu təşəbbüslər sayəsində
Azərbaycan dünyaya
insan qardaşlığına
xidmət edən ideyaları fəal təşviq edən mərkəzə çevrilib.
Şeyxülislam A. Paşazadə islami vəhdət ideyalarının
bərqərar olması
üçün qlobal
insan həmrəyliyi ideyalarının, heç
şübhəsiz, böyük
önəm daşıdığına
diqqəti çəkib. Bu baxımdan,
Birləşmiş Ərəb
Əmirliklərində Zati-müqəddəsləri
Papa Fransisk həzrətləri
ilə Əl-Əzharın
Baş imamı Şeyx Əhməd əl-Tayyib həzrətlərinin
himayəsi ilə yəhudilərin, xristianların
və müsəlmanların
dərin ehtiram bəslədiyi İbrahim Peyğəmbər müqəddəsliyinin
nuru ətrafında İbrahimi dinlərin Evinin inşasını təqdirəlayiq hal kimi qiymətləndirib. O,
tarixə Abu-Dabi Bəyannaməsi kimi həkk olunmuş dinlərarası dialoq və əməkdaşlığa
dair İnsan Qardaşlığı sənədinin
Birləşmiş Ərəb
Əmirliklərində imzalanmasını
dünya miqyasında qarşılıqlı anlaşma
və sülh şəraitində dinc yanaşı yaşamaq amallarına ali
xidmət adlandıraraq,
Azərbaycanın bu dəyərli sənədi,
onun məramlarını
dəstəklədiyini konfrans
iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışının sonunda konfransın təşkilatçılarına
təşəkkürlərimi bildirən şeyxülislam
A. Paşazadə qardaş
Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
Zati-aliləri Şeyx
Xəlifə bin Zayed əl-Nəhyan həzrətlərinə
və vəliəhd şahzadə Əlahəzrət
Şeyx Mühəmməd
bin Zayed əl-Nəhyan
həzrətlərinə xeyir-dualar
diləyərək, nəinki
İslam dünyası,
bütün dünya üçün əhəmiyyət
kəsb edən Əbu-Dabi konfransının
İslam ümməti,
bəşər ailəsi
üçün xeyirlərə
vəsilə olmasını
Uca Allahdan dua edib.
Konfrans
işini davam etdirir.
Azərbaycan.- 2022.-10 may.- S.8.