"Sərhəd mühafizə orqanları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

"Sərhəd mühafizə orqanları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 15; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 199; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddə 1078; 2013, ¹ 2, maddə 94; 2016, ¹ 1, maddə 10; 2017,  ¹ 4, maddə 519, ¹ 12 (I kitab), maddə 2201; 2018, ¹ 7 (I kitab), maddə 1402; 2020, ¹ 5, maddə 508) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin birinci cümləsinə "çevik hərəkət qüvvələrindən," sözlərindən sonra "xüsusi hava əməliyyatları qüvvələrindən," sözləri əlavə edilsin.

2.24-cü maddənin  birinci hissəsində "aviasiya hissəsinin" sözləri "xüsusi hava əməliyyatları qüvvələrinin və hərbi aviasiya hissələrinin" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2022-ci il

 

Azərbaycan.- 2022.-11 may.- S.7.