Tovuzda ozan-aşıq
sənətinin nümayəndələri
ilə görüş
keçirilib
Tovuz rayonunun Bozalqanlı kəndində yerləşən
Aşıq Sənəti
Dövlət Muzeyində
Tovuz rayon icra hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət
İdarəsinin birgə
təşkilatçılığı ilə Tovuz, Ağstafa və Qazax rayonlarından olan aşıqlarla görüş keçirilmişdir.
Görüşdə Tovuz
Rayon İcra Hakimiyyətinin
başçısı Məmməd
Məmmədov
Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətini
daim diqqətdə saxladıqlarını diqqətə
çatdırmış, Qərb
regionunun qədim aşıq sənətinin
ən çox təbliğ edilən
region olduğunu bildirmişdir.
Ağstafa Regional Mədəniyyət
İdarəsinin rəisi
Nurəddin Mehdiyev isə Azərbaycan aşıq sənətinin
UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edilməsinin əhəmiyyətini vurğulayaraq
bu sənətin həm yaşlı, həm orta, həm də gənc nəsil nümayəndələri tərəfindən
qorunub saxlanmasının
və inkişaf etdirilməsinin əhəmiyyətindən
danışmışdır.
Görüş aşıq sənətinin
inkişafı və gələcəyi ilə bağlı ozan-aşıq
sənətinin görkəmli
nümayəndələri ilə
aparılan fikir mübadiləsi və qarşılıqlı müzakirə
şəraitində davam
etmişdir.
Sabir ƏLİYEV
Azərbaycan. - 2022.- 15 may.- S.12.