"Bakı Metropoliteni"
Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə
Şurasının tərkibinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 258) birinci hissəsinə "iqtisadiyyat nazirinin" sözlərindən sonra "birinci" sözü əlavə olunsun və həmin hissədə "Xidməti rəisinin müavini" sözləri "Xidmətinin rəisi" sözləri ilə, "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə, "Zaur Qurbanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini" sözləri "Günel Cavadova - Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 may 2022-ci il
Azərbaycan.- 2022.- 17 may.- S.2.