Əlaqələr ölkələrimiz
müstəqillik qazandıqdan
sonra daha da inkişaf edib
Mayın 16-da Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının
(İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə
səfərdə olan
Qazaxıstan Respublikası
Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva ilə görüşüb.
Parlamentin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Milli
Məclisin sədri Sahibə Qafarova xalqlarımız arasındakı
dostluq və qardaşlıq münasibətlərindən,
ortaq mədəni və mənəvi dəyərlərdən danışıb.
Bildirilib ki, tarixən mövcud olan qardaşlıq əlaqələrimiz ölkələrimiz
müstəqillik qazandıqdan
sonra daha da inkişaf edib və bu
il diplomatik
münasibətlərimizin yaradılmasının
30 illiyi qeyd olunacaq.
Qazaxıstan Respublikasına rəsmi səfərindən və
orada keçirdiyi görüşlərdən danışan
Milli Məclisin sədri aparılan danışıqların qanunverici
orqanlarımız arasında
münasibətlərin dərinləşməsinə
töhfə verdiyini diqqətə çatdırıb. O, parlamentlərin
ölkələrimiz arasında
münasibətlərdə körpü rolunu oynadığını qeyd
edərək, bu sahədə parlamentlərarası
dostluq qruplarının
fəaliyyətinin əhəmiyyətini
vurğulayıb. Sahibə Qafarova
parlamentlərimizin TÜRKPA və digər beynəlxalq təşkilatlarla
yanaşı, İƏT Parlament
Assambleyası çərçivəsində
də uğurla əməkdaşlıq etdiyini
deyib. İƏT PA-nın
Pakistanda keçirilmiş
İkinci Ümumi Konfransında müzakirə
edilmiş məsələlərin
əhəmiyyətindən danışan Milli Məclisin sədri qurumun sabah
Bakıda keçiriləcək
Üçüncü Ümumi
Konfransında da mühüm məsələlərin
müzakirə olunacağını
diqqətə çatdırıb.
Azərbaycanın 44 günlük
Vətən müharibəsində
qazandığı Qələbədən
bəhs edən S.Qafarova bildirib ki, Azərbaycan bu Zəfər sayəsində 30 ilə yaxın Ermənistan işğalı altında
olan ərazilərini,
həmçinin ölkəmizin
mədəniyyət beşiyi
olan Şuşa şəhərini azad edib. İƏT PA-nın Üçüncü Ümumi
Konfransının iştirakçıları
Şuşaya səfər
zamanı bu gözəl şəhərlə
yaxından tanış
olmaq imkanı əldə edəcəklər.
Qonaqpərvərliyə görə təşəkkürünü
bildirən Qazaxıstan
Respublikası Parlamenti
Məclisi sədrinin müavini Balaim Kesebayeva Azərbaycanda ilk dəfə olduğunu və bu səfərdən
məmnunluq duyduğunu
qeyd edib.
Azərbaycana dəvətə görə
təşəkkür edən
Qazaxıstan Parlamenti Məclisinin sədr müavini xalqlarımızın
ortaq dəyərlərə
malik olduğunu, müstəqillik illərində
münasibətlərin böyük
inkişaf yolu keçdiyini deyib. Qeyd olunub
ki, parlamentlər arasında əlaqələrin
inkişafı münasibətlərimizin
daha da dərinləşməsi
baxımından əhəmiyyətlidir.
Söhbət zamanı qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qazaxıstanın ölkəmizdəki
səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak
ediblər.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2022.-17 may.- S.4.