bp-nin regional prezidenti Bakı
Ali Neft Məktəbində
olub
bp şirkətinin
Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti
Qəri Counz Bakı Ali Neft Məktəbində (BANM) olub,
məktəbin kampusunda
bp və tərəfdaşlarının BANM-ə hədiyyə etdiyi laboratoriyaya baş çəkib.
Qonağı görməkdən
məmnunluğunu ifadə
edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, ali məktəb fəaliyyətə başlayandan
bp şirkəti daim dəstəyini göstərib.
BANM-lə bp arasındakı əməkdaşlığın
ən yüksək səviyyədə olduğunu
deyən rektor qeyd edib ki,
bp ilə uğurlu əməkdaşlığın
göstəricilərindən biri də hər
il onlarca
tələbənin bu
şirkətdə təcrübə
keçməsidir: "Hazırda
bp-də kifayət qədər BANM məzunu çalışır. bp əməkdaşları
BANM-də tədrisdə
iştirak edir, bizim müəllimlər bp-nin layihələrinə
qatılırlar. Ali məktəbimizə bp və tərəfdaşlarının
göstərdiyi dəstəkdən
çox məmnunuq".
BANM-də əmək bazarının
tələblərinə uyğun
ixtisaslarda kadrlar hazırlandığını bildirən
rektor bərpaolunan enerji üzrə də kadr yetişdirilməsinin
planlaşdırıldığını, Azərbaycanda
bu sahədə ingilis və Azərbaycan dillərində
yeganə dərsliyin ali məktəb tərəfindən
dərc ediləcəyini
vurğulayıb. Elmar Qasımov
siqnal nüsxəni Qəri Counza təqdim edib.
Professor-müəllim
heyəti və tələbələr qarşısında
çıxış edən
Qəri Counz BANM-in fəaliyyətini və bu tədris ocağı ilə sıx əməkdaşlığı
yüksək qiymətləndirib,
şirkətin Azərbaycanda
fəaliyyətinin 30 illiyi
münasibətilə və
əməkdaşlığın inkişafına göstərilən
dəstəyə görə
ali məktəbin kollektivinə "Təşəkkürnamə"
təqdim edib. Qeyd edilib ki,
bu "Təşəkkürnamə"
ilk olaraq BANM-ə təqdim
olunur.
Bakı Ali Neft Məktəbinin ölkənin
ən nüfuzlu ali təhsil
müəssisələrindən olduğunu qeyd edən bp-nin regional prezidenti bildirib ki, burada tələbələr
beynəlxalq standartlara
uyğun təhsil alaraq peşəkar kadr kimi yetişirlər.
O, tələbələrə
bp-nin Azərbaycandakı
30 illik fəaliyyəti,
mühüm enerji layihələrinin operatoru
olaraq həyata keçirdiyi işlər,
enerjinin gələcəyi,
gələcək trendlər,
tələb edilən
bacarıqlar barədə
məlumat verib.
"Azəri-Çıraq-Günəşli",
"Şahdəniz" və
digər neft-qaz layihələrinin operatoru
olaraq bp-nin Azərbaycanda 30 ildir layihələri təhlükəsiz
və etibarlı şəkildə həyata
keçirdiyini bildirən
Qəri Counz işğaldan azad olunmuş ərazilərdə
günəş enerjisinin
tikintisi layihəsi, ümumilikdə Azərbaycanın
bərpaolunan enerji mənbələri üzrə
potensialı, bp-nin enerji siyasəti, bərpaolunan enerji üzrə peşəkar mütəxəssislər yetişdirilməsi
üçün dərslik
hazırlanmasına dəstək
və "yaşıl
enerji"yə keçiddə
əməkdaşlıqdan danışıb,
tələbələrə tövsiyələrini verib,
onların suallarını
cavablandırıb.
Azərbaycan.-
2022.-17 may.- S.9.