"Azərbaycan
Respublikasının rayon, şəhər,
şəhərlərdə rayon icra hakimiyyəti
başçılarının aparatlarında sənədlərlə
iş barədə Təlimat"ın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (I kitab), maddə 186; 2016, ¹ 5, maddə 927, ¹ 9, maddə 1464; 2017, ¹ 3, maddə 353; 2018, ¹ 6, maddə 1297; 2019, ¹ 3, maddə 448) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"ın 100-cü bəndinin dördüncü abzasının birinci cümləsindən "Ticarət Nazirliyinin, Təhsil Nazirliyinin," və "Dövlət Torpaq Komitəsinin," sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 may 2022-ci il
Azərbaycan.- 2022.- 14 may.- S.2.