Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib

 

Mayın 17-də Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri sahibkarlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, forumda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Aİ-Azərbaycan əlaqələrindən danışıb, ölkəmizin əlverişli biznes investisiya mühitindən məmnunluğunu ifadə edib. Bildirilib ki, tərəflər arasında ticarət genişlənir, 2021-ci ildə ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Yeni layihələrin icrasının tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edən səfir Peter Mixalko Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-tranzit potensialınınşirkətlərini cəlb etdiyini onların ölkəmizdə fəaliyyətdə, eləcə işğaldan azad olunmuş ərazilərimizin bərpası quruculuq işlərində iştirakda maraqlı olduqlarını bildirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb, tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini qeyd edib. Aİ-nin Azərbaycanın ən böyük investisiya tərəfdaşı olduğunu diqqətə çatdıran nazir indiyədək Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avrodan çox sərmayə yatırıldığını, Aİ-nin ölkəmizə Tvinninq digər mexanizmlərlə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, 6-cı nəşr “Aİ biznes mühiti hesabatı-2021”də qarşılıqlı əməkdaşlığın genişlənməsinin, Azərbaycan-Aİ işgüzar əlaqələrinin inkişaf etdirilməsinə böyük marağın göstəricilərindəndir.

İqtisadiyyat naziri biznes forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələr verdiyini vurğulayıb, son illər ölkəmizin fiskal gəlirlərinin, vergiödəyicilərinin sayının, məşğulluğun, ticarət dövriyyəsinin artmasını, sahibkarlığın inkişafını qeyd edib, iqtisadi inkişafın davamlılığının dəstəklənməsini təmin etmək məqsədilə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizdə iqtisadiyyatınyaşıl davamlı inkişafına, innovativ sahibkarlığın, rəqəmsallaşmanın genişləndirilməsinə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindəyaşılağıllıkonsepsiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Tədbirdə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan infrastruktur tikinti layihələri barədə məlumat verilib, yeni reallıqların investisiya qoyuluşu üçün böyük imkanlar yaratdığı vurğulanaraq, Aİ- üzv olan ölkələr bu layihələrdə fəal iştiraka dəvət edilib. Bildirilib ki, Ağdam Araz Vadisi İqtisadi Zonasısənaye parkları işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyasını daha da sürətləndirəcək.

Vurğulanıb ki, sahibkarlıq ölkə iqtisadiyyatı üçün xüsusilə əhəmiyyətlidir, özəl bölmənin inkişafı üçün geniş dövlət dəstəyi mexanizmləri tətbiq edilir. Bütün bunların nəticəsi olaraq, 2026-cı ilədək Azərbaycanda KOB-ların ÜDM- payı 60 faizə, məşğulluqda 70 faizə qeyri-neft ixracında 40 faizə çatdırılması qarşıya hədəf kimi qoyulub.

Tədbirdə “Aİ biznes mühiti hesabatı-2021”in təqdimatı keçirilib. Hesabata əsasən, ölkəmizdə təmsil olunanölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildiriblər. ölkələri şirkətlərinin 54 faizi Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar, 14 faizi isə artıq investisiya layihələrində iştirak edirlər.

Biznes forumda hesabat barədə ekspertlərin rəyləri dinlənilib, işgüzar əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbir öz işini panel müzakirələrlə davam etdirir.

 

Azərbaycan.- 2022.- 18 may.- S.5.