ABŞ-dan İlham Əliyevə tam dəstək
Azərbaycan Prezidentinin
mövqeyini Birləşmiş
Ştatlar da təqdir edir
Postmüharibə dövrünün siyasi prioriteti Ermənistanla sülh sazişinin imzalanmasına dair aparılan danışıqlar
prosesidir. Avropa İttifaqının təşəbbüsü
ilə start verilən
prosesin başlanğıc
mərhələsi hələ
ki normal məcrada, yəni Azərbaycanın irəli sürdüyü
təkliflərin Ermənistan
tərəfindən qəbul
edilməsi fonunda davam edir.
Elə mühüm
məqam da ondan ibarətdir ki, sülh danışıqları
prosesi yeni başlayanda məğlub ölkə müxtəlif
bəhanələr gətirib
sazişin imzalanmasından
boyun qaçırırdısa,
indi həm Ermənistan, həm də Avropa İttifaqı daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlar
bu prosesə müsbət reaksiya verir və Azərbaycanın
mövqeyini dəstəkləyirlər.
Təkcə dünyanın ən
böyük siyasi təşkilatı olan
BMT-nin Şuşada beynəlxalq toplantı keçirməsi bunu təsdiqləyən reallıqdır.
Azərbaycan öhdəliklərinə
sadiqliyini əyani şəkildə sübut
edir
Cənubi Qafqazda sülhün bərqərar olması, kommunikasiyaların açılması
və bu istiqamətdə yeni əməkdaşlıq platformalarının
yaradılmasını təşviq
edən İlham Əliyevin yürütdüyü
siyasət regionda marağı olan böyük dövlətlər
tərəfindən də
təqdir edilir.
Hər kəsə bəllidir ki, Avropa İttifaqı
dünyada mövcud olan böyük siyasi və iqtisadi mərkəzlərdən
biridir. Azərbaycan və Ermənistan rəhbərliyi də bu təşkilata etimad göstərib danışıqlara start veriblər.
Cənubi Qafqazda sabitlik,
təhlükəsizlik və
inkişaf Avropa İttifaqı üçün
də olduqca mühümdür. Ona görə
də Aİ bu məsələdə maraqlı
tərəf kimi çıxış etməkdədir.
Ən mühüm məqam isə tərəflərin
sərhəd məsələləri
üzrə birgə komissiya yaratmasıdır. Çünki bu məsələ həllini taparsa, ilk növbədə sərhəddə
gərginlik aradan qalxacaq, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam edəcək. Bundan sonra isə minalanmış ərazilərin
təmizlənməsi prosesi
daha da sürütlənə
bilər və bu işə digər beynəlxalq təşkilatlar tərəfindən
dəstək göstərilməsi
müsbət nəticə
verər.
Həmçinin aktual məsələlərdən
biri Qarabağın Rusiya sülhməramlılarının
nəzarətində olan
hissəsində qalan erməni silahlıları
ilə bağlıdır. Əgər saziş
imzalanarsa, Ermənistan
həmin silahlı birləşmələri ərazilərimizdən
tamamilə çıxarmalıdır.
Belə olan halda isə
Azərbaycan Ordusunun antiterror əməliyyatları
keçirməsinə ehtiyac
qalmayacaq və münasibətlər sülh
sazişinin müddəaları
əsasında tənzimlənəcək.
Nəqliyyat və kommunikasiyaların açılışına gəldikdə
isə, ilk növbədə
Azərbaycanın bu istiqamətdə atdığı
addımlara nəzər
yetirsək görərik
ki, müharibədən
sonra İlham Əliyev bu sahədə olduqca əhəmiyyətli layihələr
reallaşdırıb.
Füzuli Hava Limanı açılıb, Zəngilanda
və Laçında
yeniləri inşa edilir. İki iqtisadi rayonda
ümumilikdə 15 avtomobil
yolu layihəsi icra edilir, körpülər,
tunellər inşa olunur. Zəngəzur dəhlizinin açılması
istiqamıtində həm
dəmir yolu xətti, həm də avtomobil yolu layihələri reallaşdırılmaqdadır. Əgər regionda kommunikasiya xətlərinin bərpası
reallaşarsa, bu həm Azərbaycan, həm də Ermənistana iqtisadi dividendlər gətirəcək.
Ona görə də ilk növbədə nəqliyyat
və kommunikasiya məsələlərinin həlli
aktualdır və diqqət mərkəzində
saxlanılır.
Bütün bunlar bir daha
təsdiq edir ki, Azərbaycan üzərinə götürdüyü
öhdəlikləri birmənalı
şəkildə icra
edir, özü də heç bir beynəlxalq təşkilatdan maliyyə
yardımı almadan.
Azərbaycanın sülh
danışıqları prosesinə
verdiyi töhfə güclü dəstək qazanır
Beynəlxalq təşkilatların, xüsusən
də Qərb dövlətlərinin Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşması
üçün sərgilədikləri
mövqe başa düşüləndir. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təminatçısı, qaz ixracatçılarından
biridir. Əgər
Rusiya-Ukrayna münaqişəsi
bir müddət də davam edərsə,
Azərbaycan Avropanın
ən mühüm qaz ixtacatçısı ola bilər.
Aİ ölkələri
2022-ci ilin son 6 ayında
Rusiya qazından imtina etməklə bağlı razılığa
da gəliblər. Belə olan
halda isə təbii ki, Azərbaycan qazına tələbatın artacağı
qaçılmazdır. Ona görə də Aİ hesab edir ki,
Azərbaycanın təhlükəsizliyi
və rifahı həm bütün regiona, həm də Avropaya fayda gətirə bilər.
Bu həftə
isə Azərbaycanın
sülh sazişi ilə bağlı təkliflərinə, ortaya
qoyduğu mövqeyə
Amerika Birləşmiş
Ştatları tərəfindən
də dəstək nümayiş olundu. ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi və tərəflər arasında aparılan telefon danışığı
bunun bariz təcəssümü oldu.
ABŞ Dövlət katibi birmənalı şəkildə Azərbaycanla
Ermənistan arasında
aparılan danışıqları
və bu xüsusda sülh sazişinin bağlanmasını
dəstəklədiyini vurğulayaraq
bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyini
söylədi. Antoni Blinken
hətta bildirdi ki, Birləşmiş Ştatlar tərəflər
arasında sərhədlərin
delimitasiyası və
demarkasiyası, nəqliyyat
xətlərinin açılması
prosesinə dəstək
verməyə hazırdır.
İlham Əliyev
isə bir daha reallıqları dəyərləndirərək Antoni Blinkenin diqqətinə çatdırıb
ki, Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq
məqsədilə təqdim
etdiyi 5 prinsip məğlub ölkə tərəfindən qəbul
edilib. Belə olan halda da Azərbaycan sülh sazişi üzrə danışıqlara
başlamağa hazır
olduğunu bəyan edib. Həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması
üçün milli
komissiyanın tərkibinin
müəyyən etdiyini
də söyləyən
Prezident nəqliyyat-kommunikasiya
xətlərinin açılmasının
vacibliyini qeyd edib.
Tərəflər eyni zamanda Ermənistan
ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə
də toxunublar. Telefon danışığı
zamanı enerji təhlükəsizliyi məsələləri
də müzakirə olunub. Söhbət əsnasında ölkələrimiz
arasında dialoqun artırılması imkanlarına,
Azərbaycanda demokratikləşmə
prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin
inkişafında hökumətlərarası
komissiyanın rolu xüsusilə qeyd edilib.
Bütün bunlar bir daha
onu deməyə əsas verir ki, Avropa İttifaqının
dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları
nəzərdə tutan
yeni formatın irəliləyiş trayektoriyası
hələlik müsbət
istiqamətdə davam
edir. Ən əsası
isə odur ki, dünyanın ən böyük siyasi təşkilatı olan BMT, Avropa İttifaqı, o cümlədən
Rusiya və ABŞ da yeni reallıqları,
xüsusən də İlham Əliyevin regional
liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında
mühüm amil kimi görürlər.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 14 may.- S.4.