Gəncədə 13 mehmetçikin xatirəsinə
ucaldılacaq abidənin
təməli qoyulub
Gəncədə Qafqaz İslam Ordusunun 1918-ci il iyulun
11-də Gəncədə qəhrəmancasına
həlak olan ilk şəhidlərinin xatirəsinin
əbədiləşdirilməsi üçün inşa ediləcək abidənin təməlqoyma mərasimi
keçirilib.
Mərasimdə Gəncə
Şəhər İcra
Hakimiyyətinin başçısı
Niyazi Bayramov, Türkiyənin Gəncədəki
baş konsulu Zeki Öztürk, Ege Universitetinin rektoru, professor Necdet Budak, AMEA-nın Gəncə Bölməsinin
sədri, akademik Fuad Əliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, Gəncə
Dövlət Universitetinin
rektoru, professor Yusif Yusibov, idarə, müəssisə, təşkilatların
rəhbərləri, ictimaiyyət
nümayəndələri və
şəhər sakinləri
iştirak ediblər.
Niyazi Bayramov tədbir iştirakçılarını
salamlayaraq bildirib ki, tarixən Türkiyə və Azərbaycan daim bir-birinin yanında olmuş və ən ağır günlərdə belə
qardaş dəstəyini
əskik etməmişlər:
"44 günlük Vətən
müharibəsində müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
və rəşadətli
ordumuzun gücü ilə möhtəşəm
zəfər qazanması
və ölkəmizin
ərazi bütövlüyünü
bərpa etməsi bütün türk dünyasına qürur verən hadisə oldu. Bu gün
Qafqaz İslam Ordusunun 1918-ci ilin iyulunda Gəncə şəhəri üçün
gözlərini qırpmadan
canlarını fəda
edən əsgərlərinin
əziz xatirəsinə
ucaldılan abidə də məhz bu dostluq və
qardaşlıq əlaqələrinin
bariz nümunəsidir".
Zeki Öztürk isə çıxışında söyləyib
ki, Azərbaycan-Türkiyə
əlaqələri günü-gündən
güclənir, möhkəmlənir
və daha da dərinləşir. "Qafqaz İslam Ordusunun Azərbaycanın ağır vaxtında ləng hərəkəti
neçə-neçə kəndin
itirilməsi, 100 minlərlə
insanın öz ev-eşiyindən didərgin
düşməsi demək
idi. Məhz buna görə
Nuru Paşanın ilk amalı Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri
tərk-silah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini
təmin etməkdən
ibarət idi. 11 iyul 1918-ci ildə Qafqaz İslam Ordusunun 13 mehmetçiyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına
şəhid oldular",
- deyən konsul bildirib ki, həmin
ərazidə ucaldılacaq
möhtəşəm abidənin
təməlqoyma mərasimi
hər birimiz üçün çox böyük tarixi hadisədir.
Sonra Niyazi Bayramov və Zeki Öztürk
13 qəhrəman mehmetçikin
xatirəsinə inşa
ediləcək abidənin
təməlini qoyub və bununla bağlı sənəd imzalayıblar.
Sabir ƏLİYEV
Azərbaycan. - 2022.- 14 may.- S.6.