Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının KiçikOrta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında"  2018-ci il 26 iyun tarixli 148 nömrəli və "e-KOB evi" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2021-ci il 9 avqust tarixli 1415 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1238, ¹ 10, maddə 1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3, maddə 411, ¹ 4, maddə 619, ¹ 5, maddələr 839, 855, ¹ 6, maddə 1027, ¹ 12, maddə 1921; 2020, ¹ 1, maddə 5, ¹ 2, maddə 100, ¹ 8, maddə 1039, ¹ 11, maddə 1357; 2021, ¹ 1, maddə 30, ¹ 6 (I kitab), maddələr 579, 593, ¹ 8, maddə 908, ¹ 12, maddələr 1369, 1416; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 aprel tarixli 1644, 1645 nömrəli və 7 may tarixli 1675 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının KiçikOrta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi"nin 7.5-ci bəndindən "dövlət rüsumunun və digər" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 avqust tarixli 1415 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 8, maddə 907) ilə təsdiq edilmiş "e-KOB evi" portalı haqqında Əsasnamə"nin 1.9-cu bəndindən "dövlət rüsumununqanunla müəyyən edilmiş digər" sözləri çıxarılsın.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2022-ci il

 

Azərbaycan.- 2022.- 19 may.- S.9.