Bakıda “Azərbaycan
ailə modelinin inkişaf strategiyası” konfransı keçirilib
Mayın 18-də ailə məsələləri
ilə bağlı ictimai müzakirələr
çərçivəsində “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
(AQUPDK) təşkilatçılığı
ilə keçirilən
tədbirin əsas məqsədi ailə məsələləri mövzusunda
ictimai müzakirələrə
geniş yer verilməsi, həmçinin
müasir cəmiyyətdə
sağlam ailə modelinin, ailə institutunun formalaşmasına
yönəlmiş işlək
mexanizmlərin yeni formatlarının müəyyən
edilməsinə nail olmaqdır.
AQUPDK yanında
İctimai Şuranın
sədri Sahib Məmmədovun
moderatorluğu ilə
təşkil olunan konfransda dövlət qurumlarının nümayəndələri,
elm və mədəniyyət
xadimləri, ziyalılar
və Bakı şəhərində yaşayan
fəal ailələr
iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbiri giriş sözü ilə açaraq Azərbaycanda ailə günü ilə bağlı bayram və festivalların 2007-ci ildən
keçirildiyini bildirib. Ölkəmizdə ailə dəyərlərinin
qorunub saxlanılmasının
və ailə institutunun təkmilləşdirilməsinin
əhəmiyyətini vurğulayan
komitə sədri ailə institutunun bu günü və gələcəyi, ailələrin üzləşdiyi
çətinliklər, onların
rifahı üçün
qəbul olunan beynəlxalq sənədlərin,
eləcə də milli qanunvericilik aktlarının Komitənin
üzərinə qoyduğu
öhdəliklər barədə
danışıb.
Bahar Muradova belə həssas məsələdə
dövlət qurumları
ilə yanaşı, vətəndaş cəmiyyəti
institutlarının, deputatların,
medianın, ziyalıların
rolunu yüksək qiymətləndirib. Komitə sədri qeyd
edib ki, ailə bir cəmiyyətdir,
onu qanunlarla məhdudlaşdırmaq mümkün
deyil. "Qaydaları dəyişmək
əvəzinə, cəmiyyət
olaraq özümüz
dəyişməliyik. Hamımız birgə çalışmalıyıq.
Bununla
biz diqqətdən kənarda
qalan və qayğıya ehtiyacı olan ailələrə kömək edə bilərik", - deyə komitə sədri qeyd edib.
Şəhər və regionlarda yaşayan ailələr arasında mövcud fərqlərə diqqət
çəkən B.Muradova
şəhərlərdə yaşayan ailələrə
mühitə və şərtlərə uyğun
olaraq mövcud tendensiyaların təsirindən
bəhs edib. O, ailə
dəyərlərinin qorunub
saxlanılması və
daha da möhkəmləndirilməsində
diqqətli olmağı
tövsiyə edərək,
bu məsələdə
mənfi deyil, müsbət tendensiyaları
əsas tutmağın
vacibliyini vurğulayıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə
Heyətinin sədri Zahid Oruc bildirib
ki, universal xarakterinə
görə beynəlxalq
institut kimi ən güclü təməl olan ailə indi qlobal məkanda tədricən milli-mənəvi
dəyərlər zəncirinin
zəif həlqəsinə
çevrilib. Azərbaycanın möhkəm ailə institutunun əsrlər boyu müxtəlif sınaqlara qatlaşmaq, fərqli ideoloji və siyasi quruluşlarda özünü
qorumaq qabiliyyətində
olduğu qeyd edilib.
“Qalib Azərbaycan dünyada tanınır və təbii olaraq qalib Azərbaycan ailəsi özünə böyük nüfuz qazanıb. Ölkəmizin, Qarabağın tarixi
bizim möhkəm ailə dəyərlərinə
malik olduğumuzu göstərir. Gənclərin sağlam mühitdə, böyüklərə və
ailə dəyərlərinə
hörmət ruhunda tərbiyə olunması Azərbaycanda ailə strategiyasının əsasını
təşkil edir”, - deyə Z.Oruc diqqətə çatdırıb.
Sosial Tədqiqatlar Mərkəzinin
İdarə Heyətinin
sədri hazırda ailə dəyərlərinin
radikal dəyişikliklər
nəticəsində sınaq
dövrü keçdiyini
bildirib. Eyni zamanda, dövlətimizin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
ölkəmizdə milli
maraqlarımızı qoruyan
sosioloji fenomen olan ailə dəyərlərinin qorunub
saxlanması, ailə institutunun təkmilləşdirilməsi
istiqamətində gördüyü
işlərdən danışıb.
Azərbaycanın yeni tarixi mərhələyə
- Qarabağın azad edilməsi ilə başlayan yeni dövrə qədəm qoyduğunu bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri dövlətimizin apardığı
uğurlu siyasət nəticəsində həmin
ailələrin tezliklə
öz doğma yurdlarına qovuşacaqlarını
vurğulayıb.
AMEA Qadınlar Şurası sədrinin müavini, fəlsəfə
üzrə fəlsəfə
doktoru Mahrux Nəcəfli “Mövcud ailə sisteminin elmi-nəzəri əsasları”,
Mediasiya Şurasının
İdarə Heyətinin
sədri Nadir Adilov “Ənənəvi və müasir mediasiya”,
MEDİA-nın Audiovizual
media üzrə eksperti
Səbinə Seyidova “Azərbaycan mediasında ailə obrazının işıqlandırılması”, BMT-nin Əhali Fondunun Proqram müşaviri Bəhicə
Əliyeva “Ailə institutunun formalaşmasında
yeni təşəbbüslər
və müasir tendensiyalar” mövzularında
çıxış edərək
ailə dəyərlərinin
qorunub saxlanması və ailə institutunun təkmilləşdirilməsi
ilə bağlı fikirlərini bildiriblər.
Konfrans
müzakirələrlə davam edib.
Azərbaycan.- 2022.- 19 may.- S.9.